Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 16. Sürə

Ən-Nəhl surəsi

سورة النحل
16. surə 128 ayə Məkkə Tam tərcümə

Ən-Nəhl surəsi Ayələri

Toplam 128 ayə · Azərbaycan dilində
Tam tərcümə
1
Ən-Nəhl surəsi · Ayə 1
Quran-ı Kərim · Məkkə surəsi
(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.
Yüklə
2
Ən-Nəhl surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
Yüklə
3
Ən-Nəhl surəsi · Ayə 3
Quran-ı Kərim · Məkkə surəsi
Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.
Yüklə
4
Ən-Nəhl surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).
Yüklə
5
Ən-Nəhl surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.
Yüklə
6
Ən-Nəhl surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.
Yüklə
7
Ən-Nəhl surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.
Yüklə
8
Ən-Nəhl surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.
Yüklə
9
Ən-Nəhl surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
Yüklə
10
Ən-Nəhl surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.
Yüklə
11
Ən-Nəhl surəsi · Ayə 11
Quran-ı Kərim · Məkkə surəsi
Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
Yüklə
12
Ən-Nəhl surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Yüklə
13
Ən-Nəhl surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.
Yüklə
14
Ən-Nəhl surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
Və təzə ət yeməyiniz və geyindiyiniz (lə’l və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.
Yüklə
15
Ən-Nəhl surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
Yüklə
16
Ən-Nəhl surəsi · Ayə 16
Quran-ı Kərim · Məkkə surəsi
Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.
Yüklə
17
Ən-Nəhl surəsi · Ayə 17
Quran-ı Kərim · Məkkə surəsi
Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
Yüklə
18
Ən-Nəhl surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.
Yüklə
19
Ən-Nəhl surəsi · Ayə 19
Quran-ı Kərim · Məkkə surəsi
Allah gizlətdiklərinizi də (qəlbinizin sirlərini və camaatdan gizlətdiyiniz əməl və mallarınızı da) və (danışıq, əməl və mallarınızdan) aşkar etdiklərinizi də bilir.
Yüklə
20
Ən-Nəhl surəsi · Ayə 20
Quran-ı Kərim · Məkkə surəsi
Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
Yüklə
21
Ən-Nəhl surəsi · Ayə 21
Quran-ı Kərim · Məkkə surəsi
Onlar cansız ölülərdir və (özlərinin və ya onlara ibadət edənlərin) nə vaxt dirildiləcəklərini bilmirlər.
Yüklə
22
Ən-Nəhl surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
Yüklə
23
Ən-Nəhl surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir.
Yüklə
24
Ən-Nəhl surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.
Yüklə
25
Ən-Nəhl surəsi · Ayə 25
Quran-ı Kərim · Məkkə surəsi
Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
Yüklə
26
Ən-Nəhl surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
Yüklə
27
Ən-Nəhl surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
Yüklə
28
Ən-Nəhl surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir».
Yüklə
29
Ən-Nəhl surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
Yüklə
30
Ən-Nəhl surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
Yüklə
31
Ən-Nəhl surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
Yüklə
32
Ən-Nəhl surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
Yüklə
33
Ən-Nəhl surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Yüklə
34
Ən-Nəhl surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi və istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.
Yüklə
35
Ən-Nəhl surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)
Yüklə
36
Ən-Nəhl surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
Yüklə
37
Ən-Nəhl surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Yüklə
38
Ən-Nəhl surəsi · Ayə 38
Quran-ı Kərim · Məkkə surəsi
Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.
Yüklə
39
Ən-Nəhl surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
Yüklə
40
Ən-Nəhl surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
Yüklə
41
Ən-Nəhl surəsi · Ayə 41
Quran-ı Kərim · Məkkə surəsi
Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür.
Yüklə
43
Ən-Nəhl surəsi · Ayə 43
Quran-ı Kərim · Məkkə surəsi
(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).
Yüklə
44
Ən-Nəhl surəsi · Ayə 44
Quran-ı Kərim · Məkkə surəsi
(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər.
Yüklə
45
Ən-Nəhl surəsi · Ayə 45
Quran-ı Kərim · Məkkə surəsi
Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!
Yüklə
46
Ən-Nəhl surəsi · Ayə 46
Quran-ı Kərim · Məkkə surəsi
Yaxud onları gündəlik get-gəllərində (ya günah tədbirlər tökdükləri halda) yaxalamasından? Buna görə də, onlar əsla (Allahı öz cəzaları barəsində) aciz qoyan deyildirlər.
Yüklə
47
Ən-Nəhl surəsi · Ayə 47
Quran-ı Kərim · Məkkə surəsi
Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.
Yüklə
48
Ən-Nəhl surəsi · Ayə 48
Quran-ı Kərim · Məkkə surəsi
Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdır?! (Bəs nə üçün ayılmırlar?!)
Yüklə
49
Ən-Nəhl surəsi · Ayə 49
Quran-ı Kərim · Məkkə surəsi
Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər.
Yüklə
50
Ən-Nəhl surəsi · Ayə 50
Quran-ı Kərim · Məkkə surəsi
Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.
Yüklə
51
Ən-Nəhl surəsi · Ayə 51
Quran-ı Kərim · Məkkə surəsi
Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».
Yüklə
52
Ən-Nəhl surəsi · Ayə 52
Quran-ı Kərim · Məkkə surəsi
Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!
Yüklə
53
Ən-Nəhl surəsi · Ayə 53
Quran-ı Kərim · Məkkə surəsi
Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz.
Yüklə
54
Ən-Nəhl surəsi · Ayə 54
Quran-ı Kərim · Məkkə surəsi
Amma həmin zərər və ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə və ya itaətdə) Rəbblərinə şərik qoşur!
Yüklə
55
Ən-Nəhl surəsi · Ayə 55
Quran-ı Kərim · Məkkə surəsi
Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.
Yüklə
56
Ən-Nəhl surəsi · Ayə 56
Quran-ı Kərim · Məkkə surəsi
Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
Yüklə
57
Ən-Nəhl surəsi · Ayə 57
Quran-ı Kərim · Məkkə surəsi
Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!
Yüklə
58
Ən-Nəhl surəsi · Ayə 58
Quran-ı Kərim · Məkkə surəsi
Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar.
Yüklə
59
Ən-Nəhl surəsi · Ayə 59
Quran-ı Kərim · Məkkə surəsi
O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
Yüklə
60
Ən-Nəhl surəsi · Ayə 60
Quran-ı Kərim · Məkkə surəsi
Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
Yüklə
61
Ən-Nəhl surəsi · Ayə 61
Quran-ı Kərim · Məkkə surəsi
Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.
Yüklə
62
Ən-Nəhl surəsi · Ayə 62
Quran-ı Kərim · Məkkə surəsi
Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.
Yüklə
63
Ən-Nəhl surəsi · Ayə 63
Quran-ı Kərim · Məkkə surəsi
Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
Yüklə
64
Ən-Nəhl surəsi · Ayə 64
Quran-ı Kərim · Məkkə surəsi
Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik.
Yüklə
65
Ən-Nəhl surəsi · Ayə 65
Quran-ı Kərim · Məkkə surəsi
Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
Yüklə
66
Ən-Nəhl surəsi · Ayə 66
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan r mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik.
Yüklə
67
Ən-Nəhl surəsi · Ayə 67
Quran-ı Kərim · Məkkə surəsi
Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.
Yüklə
68
Ən-Nəhl surəsi · Ayə 68
Quran-ı Kərim · Məkkə surəsi
Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»
Yüklə
69
Ən-Nəhl surəsi · Ayə 69
Quran-ı Kərim · Məkkə surəsi
«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
Yüklə
70
Ən-Nəhl surəsi · Ayə 70
Quran-ı Kərim · Məkkə surəsi
Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
Yüklə
71
Ən-Nəhl surəsi · Ayə 71
Quran-ı Kərim · Məkkə surəsi
Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)
Yüklə
72
Ən-Nəhl surəsi · Ayə 72
Quran-ı Kərim · Məkkə surəsi
Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!
Yüklə
73
Ən-Nəhl surəsi · Ayə 73
Quran-ı Kərim · Məkkə surəsi
Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər.
Yüklə
74
Ən-Nəhl surəsi · Ayə 74
Quran-ı Kərim · Məkkə surəsi
Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
Yüklə
75
Ən-Nəhl surəsi · Ayə 75
Quran-ı Kərim · Məkkə surəsi
Allah (bir malı olmayan və nə özü və malı, nə də ağasının iş və malı barəsində) heç nəyə gücü (ixtiyarı) çatmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
Yüklə
76
Ən-Nəhl surəsi · Ayə 76
Quran-ı Kərim · Məkkə surəsi
Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)
Yüklə
77
Ən-Nəhl surəsi · Ayə 77
Quran-ı Kərim · Məkkə surəsi
Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.
Yüklə
78
Ən-Nəhl surəsi · Ayə 78
Quran-ı Kərim · Məkkə surəsi
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz
Yüklə
79
Ən-Nəhl surəsi · Ayə 79
Quran-ı Kərim · Məkkə surəsi
Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.
Yüklə
80
Ən-Nəhl surəsi · Ayə 80
Quran-ı Kərim · Məkkə surəsi
Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.
Yüklə
81
Ən-Nəhl surəsi · Ayə 81
Quran-ı Kərim · Məkkə surəsi
Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.
Yüklə
82
Ən-Nəhl surəsi · Ayə 82
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır.
Yüklə
83
Ən-Nəhl surəsi · Ayə 83
Quran-ı Kərim · Məkkə surəsi
Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar.
Yüklə
84
Ən-Nəhl surəsi · Ayə 84
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.
Yüklə
85
Ən-Nəhl surəsi · Ayə 85
Quran-ı Kərim · Məkkə surəsi
Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir.
Yüklə
86
Ən-Nəhl surəsi · Ayə 86
Quran-ı Kərim · Məkkə surəsi
Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.
Yüklə
87
Ən-Nəhl surəsi · Ayə 87
Quran-ı Kərim · Məkkə surəsi
Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar və (bütlərin şəfaəti və köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər.
Yüklə
88
Ən-Nəhl surəsi · Ayə 88
Quran-ı Kərim · Məkkə surəsi
Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.
Yüklə
89
Ən-Nəhl surəsi · Ayə 89
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.
Yüklə
90
Ən-Nəhl surəsi · Ayə 90
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.
Yüklə
91
Ən-Nəhl surəsi · Ayə 91
Quran-ı Kərim · Məkkə surəsi
Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
Yüklə
92
Ən-Nəhl surəsi · Ayə 92
Quran-ı Kərim · Məkkə surəsi
Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.
Yüklə
93
Ən-Nəhl surəsi · Ayə 93
Quran-ı Kərim · Məkkə surəsi
Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz.
Yüklə
94
Ən-Nəhl surəsi · Ayə 94
Quran-ı Kərim · Məkkə surəsi
Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.
Yüklə
95
Ən-Nəhl surəsi · Ayə 95
Quran-ı Kərim · Məkkə surəsi
Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.
Yüklə
96
Ən-Nəhl surəsi · Ayə 96
Quran-ı Kərim · Məkkə surəsi
Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik.
Yüklə
97
Ən-Nəhl surəsi · Ayə 97
Quran-ı Kərim · Məkkə surəsi
Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik.
Yüklə
99
Ən-Nəhl surəsi · Ayə 99
Quran-ı Kərim · Məkkə surəsi
Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.
Yüklə
100
Ən-Nəhl surəsi · Ayə 100
Quran-ı Kərim · Məkkə surəsi
Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir.
Yüklə
101
Ən-Nəhl surəsi · Ayə 101
Quran-ı Kərim · Məkkə surəsi
Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
Yüklə
102
Ən-Nəhl surəsi · Ayə 102
Quran-ı Kərim · Məkkə surəsi
De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
Yüklə
103
Ən-Nəhl surəsi · Ayə 103
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!
Yüklə
104
Ən-Nəhl surəsi · Ayə 104
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
Yüklə
105
Ən-Nəhl surəsi · Ayə 105
Quran-ı Kərim · Məkkə surəsi
(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Yüklə
106
Ən-Nəhl surəsi · Ayə 106
Quran-ı Kərim · Məkkə surəsi
Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
Yüklə
107
Ən-Nəhl surəsi · Ayə 107
Quran-ı Kərim · Məkkə surəsi
Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.
Yüklə
108
Ən-Nəhl surəsi · Ayə 108
Quran-ı Kərim · Məkkə surəsi
Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir.
Yüklə
110
Ən-Nəhl surəsi · Ayə 110
Quran-ı Kərim · Məkkə surəsi
Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.
Yüklə
111
Ən-Nəhl surəsi · Ayə 111
Quran-ı Kərim · Məkkə surəsi
(Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).
Yüklə
112
Ən-Nəhl surəsi · Ayə 112
Quran-ı Kərim · Məkkə surəsi
Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.
Yüklə
113
Ən-Nəhl surəsi · Ayə 113
Quran-ı Kərim · Məkkə surəsi
Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.
Yüklə
114
Ən-Nəhl surəsi · Ayə 114
Quran-ı Kərim · Məkkə surəsi
Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.
Yüklə
115
Ən-Nəhl surəsi · Ayə 115
Quran-ı Kərim · Məkkə surəsi
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
Yüklə
116
Ən-Nəhl surəsi · Ayə 116
Quran-ı Kərim · Məkkə surəsi
Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.
Yüklə
117
Ən-Nəhl surəsi · Ayə 117
Quran-ı Kərim · Məkkə surəsi
(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır. 118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Yüklə
118
Ən-Nəhl surəsi · Ayə 118
Quran-ı Kərim · Məkkə surəsi
Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Yüklə
119
Ən-Nəhl surəsi · Ayə 119
Quran-ı Kərim · Məkkə surəsi
Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.
Yüklə
120
Ən-Nəhl surəsi · Ayə 120
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.
Yüklə
121
Ən-Nəhl surəsi · Ayə 121
Quran-ı Kərim · Məkkə surəsi
Allahın nemətlərinə şükr edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə imamət və dostluq məqamına) seçdi və doğru yola hidayət etdi.
Yüklə
122
Ən-Nəhl surəsi · Ayə 122
Quran-ı Kərim · Məkkə surəsi
Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır.
Yüklə
123
Ən-Nəhl surəsi · Ayə 123
Quran-ı Kərim · Məkkə surəsi
Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.
Yüklə
124
Ən-Nəhl surəsi · Ayə 124
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.
Yüklə
125
Ən-Nəhl surəsi · Ayə 125
Quran-ı Kərim · Məkkə surəsi
(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
Yüklə
126
Ən-Nəhl surəsi · Ayə 126
Quran-ı Kərim · Məkkə surəsi
Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
Yüklə
127
Ən-Nəhl surəsi · Ayə 127
Quran-ı Kərim · Məkkə surəsi
(Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
Yüklə
16. Sürə

Ən-Nəhl surəsi

سورة النحل
16 128 ayə Məkkə

Ən-Nəhl surəsi Ayələri

128 ayə · Azərbaycan dilində
Tam
1
Ən-Nəhl surəsi · Ayə 1
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Ən-Nəhl surəsi

Ən‑Nəhl surəsi haqqında

Ən‑Nəhl surəsi Qurani‑Kərimin on altıncı surəsidir və Məkkədə nazil olmuşdur. Bu surə Quranda 14‑cü cüzdə yerləşir. Surəyə “Nəhl” adı verilməsinin səbəbi 68‑ci ayədə bal arısına və Allahın ona verdiyi ilhama işarə olunmasıdır. Surədə Allahın nemətlərindən, axirətdən, tövhid və Allahın qüdrətindən bəhs edilir. Surə ədalətə, yaxşılığa, hicrətə və cihada təşviq edir, zülm, haqsızlıq və əhdə xilaf çıxmaqdan çəkindirir. Şərab, murdar ət, donuz əti və qan yeməyin haram olması bu surədəki əməli hökmlərdəndir. Peyğəmbərdən (s) rəvayət olunmuşdur ki, kim Ən‑Nəhl surəsini oxusa, Allah dünyada ona verdiyi nemətlərin hesabını ondan almaz. Bu surəni oxumağın faydalarından biri də insanı İblisin və onun ordusunun vəsvəsəsindən qorumasıdır.

📖 Tanıtım

“Şübhəsiz ki, Allah təqvalı olanlarla və yaxşılıq edənlərlədir.” (128‑ci ayə)

🌟 Adlandırma

  • Surənin məşhur adı Nəhldir.
  • Bu ad 68‑ci ayədə bal arısına işarə olunmasına görə verilmişdir.
  • Surə həmçinin “Nəəm” (nemətlər) adı ilə də tanınır, çünki əsas mövzusu Allahın nemətlərinin zikridir.

📊 Nazil olma yeri və ardıcıllığı

  • Ən‑Nəhl surəsi Məkkədə nazil olmuşdur.
  • Nazil olma ardıcıllığında 70‑ci surədir.
  • Qurandakı mövcud düzülüşdə 16‑cı surədir.
  • 14‑cü cüzdə yerləşir.

📐 Ayələrin sayı və digər xüsusiyyətlər

  • Ayə sayı: 128
  • Kəlmə sayı: 1851
  • Hərf sayı: 7838
  • Həcmi: orta ölçülü surədir, təxminən bir cüzün üçdə dördlük hissəsini əhatə edir.
  • 48‑ci ayədə müstəhəb səcdə vardır.

📚 Məzmun

Təsfir‑i Nümunəyə görə:

  • Allahın nemətlərinin sadalanması: yağış, günəş işığı, müxtəlif bitkilər, meyvələr, qida maddələri, heyvanlar.
  • Tövhid və Allahın qüdrətinə dəlillər, axirətə işarə, müşriklərə və günahkarlara xəbərdarlıq.
  • Əxlaqi və əməli hökmlər: ədalət, yaxşılıq, hicrət, cihad; fəsad, pislik, zülm və əhdə xilaf çıxmaqdan çəkindirmə.
  • Nemətlərə şükür etməyə çağırış; İbrahim peyğəmbər şükür edən bəndə kimi təqdim olunur.
  • Müşriklərin bidətləri: bəzi heyvanları əsassız olaraq haram elan etmələri və bunu Allaha isnad etmələri.
  • Şeytanın vəsvəsəsindən xəbərdarlıq.

Təfsir‑i Əl‑Mizan’a görə:

  • Surənin məqsədi dinin haqq olmasının qətiyyətlə qalib gələcəyini bəyan etməkdir.
  • Allah yeganə ibadət olunmağa layiq varlıqdır, bütün kainatı yaradan və idarə edən Odur.
  • Bütün nemətlər Ona məxsusdur və Onun dini yeganə doğru yoldur ki, ona bağlı qalmaq vacibdir.

 Yekun

Ən‑Nəhl surəsi Allahın nemətlərini tanıtdıran, tövhidi möhkəmləndirən, axirəti xatırladan və insanı ədalət, yaxşılıq, hicrət və cihada çağıran surədir. Surənin oxunması insanı İblisin vəsvəsəsindən qoruyur və Allahın verdiyi nemətlərin hesabını asanlaşdırır.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə16 / 114

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi surəsi haqqında suallar və cavablar

Nəhl surəsi neçə ayədən ibarətdir?
Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir və 128 ayədən ibarətdir.
Nəhl surəsi harada nazil olub?
Nəhl surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 16-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Nəhl surəsi nə haqqındadır?
Ən‑Nəhl surəsi haqqında Ən‑Nəhl surəsi Qurani‑Kərimin on altıncı surəsidir və Məkkədə nazil olmuşdur. Bu surə Quranda 14‑cü cüzdə yerləşir. Surəyə “Nəhl” adı verilməsinin səbəbi 68‑ci ayədə bal arısına və Allahın ona verdiyi ilhama işarə olunmasıdır. Surədə Allahın nemətlərindən, axirətdən, tövhid və Allahın qüdrətindən bəhs edilir. Surə ədalətə, yaxşılığa, hicrətə və cihada təşviq edir, zülm, haq...
Nəhl surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Nəhl surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Nəhl surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Nəhl surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Nəhl surəsi Quranın hansı hissəsindədir?
Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Nəhl surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.