Ən-Nəhl surəsi · 62-ci ayə

Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 62
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Müşriklər özləri üçün bəyənmədiklərini Allaha aid edirlər. Yalan olaraq deyirlər ki, ən gözəl olanlar onlar üçündür. Həqiqətən, onlar üçün olan oddur və onlar (oda doğru) öncüldürlər.”
Nöqtələr
Bu ayə bir neçə ayə öncə bəyan olunmuş xurafi təfəkkürə işarə edir. Qız övladı özləri üçün əskik sayan müşriklər mələkləri Allahın qızları sayırdılar. Onlar oğlan övladı iftixar hesab edir və onu qızdan üstün nemət kimi tanıtdırırdılar.
Bildirişlər
1. Özümüz üçün bəyənmədiyimiz şeyləri Allaha aid etməyək.
2. İnsan bəzən xəyala o qədər uyur ki, özünü başqalarından üstün sayır. Ona elə gəlir ki, onu başqalarının aqibətindən xoş aqibət gözləyir. Bu sayaq fərdlər başqa ayələrdə də tanıtdırılır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 62-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 62-ci ayəsi nə haqqındadır?
Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.
Ən-Nəhl surəsi 62-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 62-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 62-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 62-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 62-ci ayənin təfsiri nədir?
"Müşriklər özləri üçün bəyənmədiklərini Allaha aid edirlər. Yalan olaraq deyirlər ki, ən gözəl olanlar onlar üçündür. Həqiqətən, onlar üçün olan oddur və onlar (oda doğru) öncüldürlər.”NöqtələrBu ayə bir neçə ayə öncə bəyan olunmuş xurafi təfəkkürə işarə edir. Qız övladı özləri üçün əskik sayan müşriklər mələkləri Allahın qızları sayırdılar. Onlar oğlan övladı iftixar hesab edir və onu qızdan üstün nemət kimi tanıtdırırdılar.Bildirişlər1. Özümüz üçün bəyənmədiyimiz şeyləri Allaha aid etməyək.2. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.