Ən-Nəhl surəsi · 101-ci ayə

Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Əgər bir ayəni o biri ayə ilə dəyişsək, Allah nazil etdiyini daha yaxşı bildiyi halda, müxaliflər deyər: "Həqiqətən, sən yalançısan”. Əslində onların çoxu bilmir (ki, qanun əbəs, peşmanlıq, zəiflik və əyləncə üçün yox, məsləhət haqqında dəyişir.)
Nöqtələr
Bəzən həkim xəstənin halı dəyişdikdə dərman nüsxəsini dəyişir. Bu sayaq dəyişiklik ayə və hökmlərdə də olur. Bu dəyişiklik "nəsx” adlanır. Peyğəmbərin (s) müxalifləri göstərişin dəyişdiyini görən kimi deyirdilər: "Sən ardıcıllarını məsxərəyə qoymusan, hər gün əvvəlki qanunu ləğv edib, yeni bir qanun uydurursan.”
Bildirişlər
1. Dində iki növ qanun var: sabit və dəyişkən. Qanunları dəyişmək Allahın əlindədir.
2. Bütün ilahi qanunlar öz zaman və şəraitində dəyərlidir.
3. Xalq ilahi qanunların sirrini bilmir.
4. İlahi qanunlar şəkk, peşmanlıq, elmi və təcrübi inkişaf, zəiflik səbəbindən dəyişmir. Bunun səbəbi hikmət və şəraitə diqqətdir.
5. Düşmən hər bir fürsətdən sui-istifadə edir, hər şeyi əlində bəhanə tutur.
6. Bir çox tənqid və böhtanların kökü cəhalətdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 101-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 101-ci ayəsi nə haqqındadır?
Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
Ən-Nəhl surəsi 101-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 101-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 101-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 101-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 101-ci ayənin təfsiri nədir?
"Əgər bir ayəni o biri ayə ilə dəyişsək, Allah nazil etdiyini daha yaxşı bildiyi halda, müxaliflər deyər: "Həqiqətən, sən yalançısan”. Əslində onların çoxu bilmir (ki, qanun əbəs, peşmanlıq, zəiflik və əyləncə üçün yox, məsləhət haqqında dəyişir.)NöqtələrBəzən həkim xəstənin halı dəyişdikdə dərman nüsxəsini dəyişir. Bu sayaq dəyişiklik ayə və hökmlərdə də olur. Bu dəyişiklik "nəsx” adlanır. Peyğəmbərin (s) müxalifləri göstərişin dəyişdiyini görən kimi deyirdilər: "Sən ardıcıllarını məsxərəyə qoy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.