Ən-Nəhl surəsi · 18-ci ayə

Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Allahın nemətlərini saymaq istəsəniz saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
"İbrahim” surəsinin 33-cü ayəsi də bu ayənin oxşarıdır. Amma bu ayənin sonu "Həqiqətən, Allah bağışlayan və mehribandır” cümləsi ilə bitirsə, nəzərə çatdırılan ayə "Həqiqətən, insan zalım və nankordur” cümləsi ilə başa çatır. Bəli, nemət Allahın lütf və rəhmət nişanəsidir. Amma insan nankorluq göstərir, özünə və cəmiyyətə zülm edir.
Allahın nemətlərini sayıb qurtarmaq mümkünsüz olsa da, bu nemətləri xatırlamaq lazımdır. "Zuha” surəsinin 11-ci ayəsində buyurulur: "Rəbbinin sənə olan nemətlərindən danış.” Nemətlərin xatırlanması "Əminullah” ziyarətnaməsində də qeyd olunur.
Əgər insan ilahi nemətləri saymaqda gücsüzdürsə, təbii ki, bu nemətlərin şükrünü yerinə yetirməkdə daha çox acizdir.
Əlindən, dilindən gələn qədəri
Şükr qıl, düşünmə yoxdur əsəri.
Bəndə təqsirini ərz etsə Haqqa,
Əlbət ki, mərhəmət gələr sorağa.
Şübhəsiz, Allaha layiqli qədər,
Şükr üçün kimsədə tapılmaz təpər.
Bildirişlər
1. İlahi nemətləri sayıb qurtarmaq olmaz.
2. Bildiyinizə görə şükür edin, bilmədiyinizə görə Allah keçər.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 18-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 18-ci ayəsi nə haqqındadır?
Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.
Ən-Nəhl surəsi 18-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 18-ci ayənin təfsiri nədir?
"Allahın nemətlərini saymaq istəsəniz saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”Nöqtələr"İbrahim” surəsinin 33-cü ayəsi də bu ayənin oxşarıdır. Amma bu ayənin sonu "Həqiqətən, Allah bağışlayan və mehribandır” cümləsi ilə bitirsə, nəzərə çatdırılan ayə "Həqiqətən, insan zalım və nankordur” cümləsi ilə başa çatır. Bəli, nemət Allahın lütf və rəhmət nişanəsidir. Amma insan nankorluq göstərir, özünə və cəmiyyətə zülm edir.Allahın nemətlərini sayıb qurtarmaq mümkünsüz olsa da, bu ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.