Ən-Nəhl surəsi · 2-ci ayə

Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Allah mələkləri əmrindən olan vəhylə bəndələrindən istədiyi kəsə nazil edər: "Xalqa xəbərdarlıq edin ki, Məndən başqa məbud yoxdur, yalnız Məndən çəkinsinlər. (Əmrimə qarşı çıxmasınlar.)”
Nöqtələr
Ayənin əsas mövzusu kafirlərin ilahi qəhr-qəzəbə tələsməsi olsa da, "Allahın əmri tezliklə gələcək” cümləsi təkcə qəhr-qəzəb əmrinə yox, bütün ilahi fərmanlara aiddir. Cihad, imam Mehdinin (ə) zühur göstərişi, qiyamətin bərpa əmri uyğun əmrlərdəndir. Bütün bu işlərə münasibətdə tələsmək olmaz.
"Ruh” Allahın yaxın mələklərindən biridir. Onun adı Quranda ayrıca, "məlaikə” sözü ilə yanaşı çəkilir. Amma ayədə iki söz arasında "vav” əvəzinə "ba” şəkilçisinin işlənməsindən məlum olur ki, bu ayədə "Ruh” dedikdə sözün lüğətdəki mənası nəzərdə tutulmuşdur. Nəzərdə tutulan halda ayə belə mənalandırıla bilər: "Allah mələkləri istədiyi bəndələrinə həyat vasitəsi ilə nazil edər.” Başqa bir ayədə "Ruh” dedikdə Quran nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Allahın əmrləri qətidir və ilahi qəhr-qəzəbin gerçəkləşməsi labüddür.
2. Allah Öz vədlərinə əməl edir.
3. Allahın işlərinə münasibətdə tələsməyin. Allahın işi hikmətə əsaslanır və öz vaxtında gerçəkləşəsidir.
4. Vəhy mələyinin nazil olması, vəhy və onu qəbul edənin mahiyyəti Allahın iradəsindən xaricdə deyil.
5. Risalət (peyğəmbərlik) qazanılmır, əta olunur. (İqtisabi yox, intisabidir.)
Əlbəttə ki, Allah hikmət sahibidir və kimsəni boş yerə peyğəmbərlik məqamına qaldırmır.
6. İlahi vəhyi qəbul etməyin ilkin şərti peyğəmbərlərin bəndəlik ruhu olmuşdur.
7. Peyğəmbərlərin vəzifələri arasında xalqa xəbərdarlıq öndə gəlir.
8. Əqidələrin əsası tövhid, saleh əməlin əsası təqvadır.
9. Təqva və paklıq tövhid sayəsində məna kəsb edir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 2-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 2-ci ayəsi nə haqqındadır?
Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
Ən-Nəhl surəsi 2-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 2-ci ayənin təfsiri nədir?
"Allah mələkləri əmrindən olan vəhylə bəndələrindən istədiyi kəsə nazil edər: "Xalqa xəbərdarlıq edin ki, Məndən başqa məbud yoxdur, yalnız Məndən çəkinsinlər. (Əmrimə qarşı çıxmasınlar.)”NöqtələrAyənin əsas mövzusu kafirlərin ilahi qəhr-qəzəbə tələsməsi olsa da, "Allahın əmri tezliklə gələcək” cümləsi təkcə qəhr-qəzəb əmrinə yox, bütün ilahi fərmanlara aiddir. Cihad, imam Mehdinin (ə) zühur göstərişi, qiyamətin bərpa əmri uyğun əmrlərdəndir. Bütün bu işlərə münasibətdə tələsmək olmaz."Ruh” Alla...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.