Ən-Nəhl surəsi · 119-cu ayə

Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Sonra, əlbəttə, sənin Rəbbin, nadanlıq üzündən pis iş görüb, ardınca tövbə qılıb saleh işə üz tutanları həmin tövbədən sonra (bağışlayar), şübhəsiz, O, bağışlayan və mehribandır.”
Nöqtələr
Cəhalət dedikdə bilməmək nəzərdə tutulur. Amma nəfsinə tabe olaraq bildiyinə əməl etməyən insan da cahil sayılır. "Ənam” surəsinin 54-cü ayəsində də cəhalət bu mənada işlədilmişdir.
Bildirişlər
1. İslamda çıxılmaz vəziyyət yoxdur, insan üçün geriyə yol qoyulmuşdur.
2. Tövbənin qəbulu ilahi rübubiyyət şənindəndir və tərbiyə üsuludur.
3. Həqiqi tövbə islah və səhvlərin aradan qaldırılması ilə müşayiət olunur.
4. Tövbə yolu hamının üzünə açıqdır.
5. İnkar və inadkarlıq yox, nəfsin qələbəsi səbəbindən baş verən günahlara qılınan tövbə daha asan qəbul olunur.
6. Həqiqi tövbənin qəbuluna şübhə yoxdur.
7. Allah xətakarı qəbul etməklə yanaşı ona mehribanlıq göstərir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 119-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 119-cu ayəsi nə haqqındadır?
Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.
Ən-Nəhl surəsi 119-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 119-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 119-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 119-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 119-cu ayənin təfsiri nədir?
"Sonra, əlbəttə, sənin Rəbbin, nadanlıq üzündən pis iş görüb, ardınca tövbə qılıb saleh işə üz tutanları həmin tövbədən sonra (bağışlayar), şübhəsiz, O, bağışlayan və mehribandır.”NöqtələrCəhalət dedikdə bilməmək nəzərdə tutulur. Amma nəfsinə tabe olaraq bildiyinə əməl etməyən insan da cahil sayılır. "Ənam” surəsinin 54-cü ayəsində də cəhalət bu mənada işlədilmişdir.Bildirişlər1. İslamda çıxılmaz vəziyyət yoxdur, insan üçün geriyə yol qoyulmuşdur.2. Tövbənin qəbulu ilahi rübubiyyət şənindəndir v...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.