Ən-Nəhl surəsi · 30-cu ayə

Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Müttəqilərə deyilir: "Rəbbiniz nə nazil edib?” Deyərlər: "Xeyir (nazil etmişdir).” Yaxşılıq edənlər üçün dünyada yaxşılıq var. Şübhəsiz, axirət evi daha üstündür. Pəhrizkarların yeri necə də yaxşıdır!”
Nöqtələr
İlkin İslam dövründə Məkkəyə gələnlər Quran və Peyğəmbərin (s) adını eşidib, "Rəbbiniz nə nazil edib?” deyə soruşardılar. Müşriklər onlara "Bu, keçmişlərin əsatiridir” deyərdilər. Möminlər isə Allahdan xeyir nazil olduğunu bildirərdilər.
Duada Allahdan yaxşılıq istəyən insan özü saleh əməl sahibi olmalıdır.
Bildirişlər
1. Həqiqi mühakimənin pak ruh və pəhrizkarlığa ehtiyacı var.
2. Quran bir kəlmə ilə tanıtdırılır. ("Xeyir” xoşbəxtliyin qaynağıdır. Yüz söz əvəzinə bir söz!) Quran xeyir və yaxşılığa dəvət edir.
3. Xeyir əməl sahibləri hər iki dünyada xeyirə çatar.
4. İlahi mükafat insanın əməllərinə münasib olur.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 30-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 30-cu ayəsi nə haqqındadır?
Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi ne...
Ən-Nəhl surəsi 30-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 30-cu ayənin təfsiri nədir?
"Müttəqilərə deyilir: "Rəbbiniz nə nazil edib?” Deyərlər: "Xeyir (nazil etmişdir).” Yaxşılıq edənlər üçün dünyada yaxşılıq var. Şübhəsiz, axirət evi daha üstündür. Pəhrizkarların yeri necə də yaxşıdır!”Nöqtələrİlkin İslam dövründə Məkkəyə gələnlər Quran və Peyğəmbərin (s) adını eşidib, "Rəbbiniz nə nazil edib?” deyə soruşardılar. Müşriklər onlara "Bu, keçmişlərin əsatiridir” deyərdilər. Möminlər isə Allahdan xeyir nazil olduğunu bildirərdilər.Duada Allahdan yaxşılıq istəyən insan özü saleh əməl ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.