Ən-Nəhl surəsi · 54-cü ayə

Amma həmin zərər və ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə və ya itaətdə) Rəbblərinə şərik qoşur!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 54
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Amma elə ki, Rəbbiniz sizi nigarançılıq və möhnətdən qurtarır, qəfildən bir dəstəniz Ona şərik qoşur. (Başqa səbəbləri və fərdləri bəlanın aradan qaldırılmasında iştirakçı sayır.)
Nöqtələr
"Zurr” dedikdə nemətin itirilməsindən yaranan nigarançılıq nəzərdə tutulur. "Təcərun” sözü nalə, yalvarış mənasını bildirir.
Bu ayənin məzmunu digər ayələrdə də təkrarlanmışdır:”Dənizin ortasında təhlükəyə düşdükdə Ondan başqa xəyalınızda olanlar məhv olur. Amma elə ki, sizi sahilə çatdırdı, üz çevirib nankorluq edirsiniz.”
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın nemətlərinin yalnız yemək və geyimdən ibarət olduğunu düşünən kəs həm səhlənkarlıq edib, həm də Allahın qəhr-qəzəbinə yaxınlaşıb.”
Bildirişlər
1. İlahi nemətləri öz səy, təhsil və müdiriyyətinizin nəticəsi, bəxt və ya təsadüf saymayın.
2. Bütün nemətlər, hətta əhəmiyyətsiz saydığınız şeylər sizə Allahın iradəsi ilə verilmişdir.
3. Həm nemətlər Ondandır, həm də təhlükələr zamanı yeganə sığınacaq Odur.
4. Bəla və çətinlik allahpərəstlik fitrətini oyadır.
5. İnsan zəifdir və azacıq bir müsibətlə üzləşdiyi zaman çarəsiz qalır.
6. Nemətlər Allahdandır, çətinlik və zərərlər isə özümüzdən.
7. Allaha iman və yalvarış davamlı olmalı, müvəqqəti xarakter daşımamalıdır.
8. Rifah və asayiş Allahdan qəflət və şirkə meyl zəminidir.
9. Allaha diqqət fitri olduğundan hamıya aiddir. Şirk isə yalnız bəzilərinə aiddir.
10. Bəla və müsibətlərin Allahdan savay bir varlıq tərəfindən aradan götürüldüyünü düşünmək şirkdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 54-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 54-cü ayəsi nə haqqındadır?
Amma həmin zərər və ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə və ya itaətdə) Rəbblərinə şərik qoşur!
Ən-Nəhl surəsi 54-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 54-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 54-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 54-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 54-cü ayənin təfsiri nədir?
"Amma elə ki, Rəbbiniz sizi nigarançılıq və möhnətdən qurtarır, qəfildən bir dəstəniz Ona şərik qoşur. (Başqa səbəbləri və fərdləri bəlanın aradan qaldırılmasında iştirakçı sayır.)Nöqtələr"Zurr” dedikdə nemətin itirilməsindən yaranan nigarançılıq nəzərdə tutulur. "Təcərun” sözü nalə, yalvarış mənasını bildirir.Bu ayənin məzmunu digər ayələrdə də təkrarlanmışdır:”Dənizin ortasında təhlükəyə düşdükdə Ondan başqa xəyalınızda olanlar məhv olur. Amma elə ki, sizi sahilə çatdırdı, üz çevirib nankorluq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.