Ən-Nəhl surəsi · 68-ci ayə

Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Rəbbin bal arısına vəhy etdi ki, bəzi dağlarda, ağaclarda və insanların tikdiyi örtülü yerlərdə yuva qur.”
Nöqtələr
"Vəhy” dedikdə sürətli, məxfi işarə və ötürmə nəzərdə tutulur. Vəhy sözü həm peyğəmbərlərə olan ilahi vəhyə, həm də müəyyən meyillərə işarədir. Hazırkı ayəni buna misal göstərmək olar. İlahi ilham mənasındakı vəhyə "Qəsəs” surəsinin 7-ci ayəsini misal göstərmək olar: "Allah Musanın anasına ilham etdi.” "Ənam” surəsinin 121-ci ayəsində də vəhy ilham mənasında işlədilmişdir. Həmin ayədə söhbət şeytanın vəsvəsələrindən gedir.
Bildirişlər
1. Heyvanlardakı səy, hərəkət və məskən seçmələri onların daxillərində Allah tərəfindən qoyulmuş meyl əsasındadır.
2. Ən yaxşı bal dağlıq ərazilərdəki arıların balıdır. Bu bal dağ çiçəkləri və otlarından çəkilir. (Arı yuvalarının kənarında yerləşdirilən şəkərdən çəkilən bal – bal keyfiyyətlərinə malik deyildir.)

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 68-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 68-ci ayəsi nə haqqındadır?
Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»
Ən-Nəhl surəsi 68-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 68-ci ayənin təfsiri nədir?
"Rəbbin bal arısına vəhy etdi ki, bəzi dağlarda, ağaclarda və insanların tikdiyi örtülü yerlərdə yuva qur.”Nöqtələr"Vəhy” dedikdə sürətli, məxfi işarə və ötürmə nəzərdə tutulur. Vəhy sözü həm peyğəmbərlərə olan ilahi vəhyə, həm də müəyyən meyillərə işarədir. Hazırkı ayəni buna misal göstərmək olar. İlahi ilham mənasındakı vəhyə "Qəsəs” surəsinin 7-ci ayəsini misal göstərmək olar: "Allah Musanın anasına ilham etdi.” "Ənam” surəsinin 121-ci ayəsində də vəhy ilham mənasında işlədilmişdir. Həmin ayə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.