Qaf. (Bunlar Allahla Onun Peyğəmbəri arasındakı sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin bəşəriyyət onun bənzərini gətirməkdə acizdir. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. Ey Muhəmməd! Sənə əmr olunduğu kimi möhkəm ol. Olacaq şeyin hökmü əzəldən verilib.) And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qur’ana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır).
Quran-ı Kərim · 50. Sürə
Qaf surəsi
Qaf surəsi Ayələri
Toplam 45 ayə · Azərbaycan dilində
(Onlar nəinki qəbul etmədilər) hətta onlara (mələk və cinlərdən deyil) özlərindən bir qorxudan (peyğəmbər) gəlməsinə təəccübləndilər. Buna görə də kafirlər dedilər: «Bu qəribə bir şeydir!
Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»
(Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.
(Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir iş içərisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).
Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmazlıq görünmür)?!
Biz yeri sərdik, onda sabit və möhkəm dağlar yaratdıq və gözəl, qəlbi oxşayan bitkilərin hər sinif və cütündən bitirdik.
(Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq və öyüd-nəsihət (amili) olması üçün (etdik bunları).
Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə (çoxlu ağacı olan) bağlar və biçilməli dən(li bitki)lər bitirdik.
Və uca boylu və məhsuldar xurma ağacları (yetişdirdik) ki, bir-birinin üstünə çıxmış salxımları və (hər salxımda) sıx meyvələri vardır.
Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).
Onlardan (Məkkə müşriklərindən) qabaq Nuhun qövmü, (Yəmamədə peyğəmbərləri Hənzələni quyuya atmış) Rəss yoldaşları və (Saleh peyğəmbərin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
Həmçinin (Hudun qövmü) Ad, Firon (və onun yoldaşları) və Lutun (qəbilə) qardaşları.
(Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək barəsindəki) qəti vədim (onlar barəsində) təsbit oldu.
Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər.
Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.
(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər.
Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.
Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.
Və Sur (ikinci dəfə) çalınar. Həmin gün (Allahın) hədələyici vədlər(inin gerçəkləşməsi) günüdür.
(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir.
(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən).
Və onun yoldaşı (yanındakı gözətçi) deyər: Mənim yanımda hazır olan şəxs budur. (Və onun şahid yoldaşı deyər: Onun Mənim yanımda hazır olan əməl səhifələri bunlardır.)
(Əmr gələr ki:) Siz iki nəfər (gözətçi mələk və şahid) hər bir inadkar kafiri cəhənnəmə atın!
Hər bir xeyirin qarşısın alanı, (yaradanın müəyyənləşdirdiyi həddi aşan və yaradılmışların haqqına təcavüz edən) təcavüzkarı və (əqidənin əsaslarına) şübhə edəni (qəlblərə şəkk-şübhə salanı).
Tək olan Allahla yanaşı özünə başqa bir məbud götürəni. Buna görə də onu şiddətli və ağrılı bir əzaba atın!
Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»
(Allah) buyurar: «Mənim hüzurumda bir-birinizlə dava-dalaş salmayın. Mən sizə əvvəlcədən (peyğəmbərlər və səma kitabları vasitəsi ilə) əzab vədi vermişdim.» (Hamıya lazım olan dəlil sübutlar təqdim edilib və hamının cinayəti aydınlaşıb.)
(Kafirlərin cəhənnəmin odunu olmaları barəsində Lövhi-Məhfuzda yazılmış) o (qəti) söz Mənim yanımda əsla dəyişilməz (deyilənin əksi olmaz və onun hökmü ləğv edilməz) və Mən bəndələrə əsla zülm edən deyiləm.
Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.)
Və Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar.
(Onlara deyilər:) Bu sizə vəd olunandır. (Bu, dünyada) Allaha çox könül verən və (yaradanın və yaranmışların hüquqlarını) qoruyan hər bir kəs üçündür.
Rəhman olan Allahdan gizlində (heç kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)!
(Onlara deyiləcək:) «(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Müjdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür.»
Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur.
Biz onlardan (Məkkə müşriklərindən) qabaq qüdrət və iqtidar baxımından onlardan daha güclü olan və şəhərləri gəzib-dolaşaraq hər yerə nüfuz etmiş neçə-neçə nəsilləri məhv etdik. (Lakin) məgər (əzab nazil olan zaman onlar üçün) qaçmağa yer və bir sığınacaq var idi?!
Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır.
Həqiqətən Biz göyləri, yeri və bu ikisinin arsında olanları altı gündə (yaxud altı gecə-gündüzdə və ya altı mərhələdə) yaratdıq və Bizə heç bir inciklik və yorğunluq üz vermədi (yenidən diriltmək də belə olacaqdır).
Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl).
Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca (bütün namazların səcdələrindən sonra Onu pak siftələrlə xatırla).
Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)!
(Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin bağırtını eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür.
Şübhəsiz, dirildən də, öldürən də Bizik və dönüş (axirətdə hamının qayıdışı) Bizə tərəfdir.
Onlar (oradan Allaha doğru) tələsərkən yerin onların üzərindən yarılacağı gün. Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır.
Biz onların (kafirlərin təkzib, istehza, şirk və məadın inkarı barəsində) dediklərini daha yaxşı bilirik və sən onlara hakim deyilsən (ki, iman gətirərək Allaha təslim olmağa zorla vadar edəsən). Odur ki, Mənim hədələrimdən qorxan kəsə bu Qur’an vasitəsi ilə öyüd-nəsihət ver.
50. Sürə
Qaf surəsi
Qaf surəsi Ayələri
45 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Qaf surəsi
Qaf surəsi Quran-ı Kərimdə 50. surədir və 45 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə50 / 114
Tez-tez Verilən Suallar
Qaf surəsi surəsi haqqında suallar və cavablar
Qaf surəsi neçə ayədən ibarətdir?
Qaf surəsi Quran-ı Kərimin 50-ci surəsidir və 45 ayədən ibarətdir.
Qaf surəsi harada nazil olub?
Qaf surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 50-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Qaf surəsi nə haqqındadır?
Qaf surəsi Quran-ı Kərimin 50-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45 ayədən ibarətdir.
Qaf surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Qaf surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Qaf surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Qaf surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Qaf surəsi Quranın hansı hissəsindədir?
Qaf surəsi Quran-ı Kərimin 50-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Qaf surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.