Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.
Quran-ı Kərim · 67. Sürə
Əl-Mulk surəsi
Əl-Mulk surəsi Ayələri
Toplam 30 ayə · Azərbaycan dilində
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.
Yeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.
Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.
Rəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir!
Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.
Az qala qəzəbin şiddətindən parça – parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»
Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».
Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».
Beləliklə öz günahlarını etiraf edərlər; və (Allahın rəhmətindən) uzaq olsun yanar Cəhənnəm odunun əhli! Ölüm olsun onlara!
Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Sözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir.
Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.
Yeri sizə ram edən Odur. Belə isə, onun qoynunda gəzin (yer kürəsinin hər bir yeri onun qoynudur) və ruzisindən yeyin. (Bilin ki,) diriltmə (əmri) Onun əlindədir və dirilənlərin dönüşü də Ona tərəfdir.
Məgər göydə olandan (Allahdan, yaxud Allahın izni ilə əmri göydə keçən qüdrətli varlıqlar, məsələn mələklərdən) əminsinizmi ki, sizi yerə batırmayacaq? Belə ki, qəfildən yer çalxalanar, titrəyər (və sizi xurd-xəşil edər)!
Yaxud göydə olanın sizə (üstünüzə) daş yağdıran şiddətli bir külək göndərməyəcəyindən əminsinizmi? Tezliklə Mənim qorxutmağımın necə olduğunu biləcəksiniz!
Bunlardan (Məkkə müşriklərindən) öncəkilər də (Bizim peyğəmbərimizi) təkzib etmişdilər, Bizim onlara qarşılığımız və cəzamız necə idi?!
Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!
Sizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.
Yaxud kimdir o kəs ki, Allah ruzisini sizdən əsirgəsə, sizə ruzi versin? (Haqq onlara gizli deyildir), əksinə (əslində onlar) asi olmaqda və (haqdan) qaçmaqda inadkarlıq edirlər.
Belə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)
De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükr edirsiniz!»
De: «Sizi yer üzündə yaradan Odur və (axirətdə) Onun hüzuruna toplanacaqsınız».
(Kafirlər) deyərlər: «Əgər düz danışanlardansınızsa, bəs bu vəd (Qiyamət günü) nə zaman olacaqdır?!»
De: «Bunu bilmək yalnız Allaha məxsusdur və mən ancaq açıq-aşkar bir qorxudanam».
Beləliklə, onu (vəd olunmuş Cəhənnəmi) yaxından görəndə kafirlərin üzləri çirkin və eybəcər hala düşər və (onlara) deyilər: «Bu sizin (dünyada məsxərə ilə) istədiyiniz şeydir».
De: «Mənə xəbər verin görüm, əgər Allah məni və mənimlə birgə olanları öldürsə, yaxud bizə rəhm etsə (və diri saxlasa, hər halda) kafirlərə (o) agrılı əzabdan kim sığınacaq verəcək?»
De: «O (sizi tovhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz».
De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!»
67. Sürə
Əl-Mulk surəsi
Əl-Mulk surəsi Ayələri
30 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Əl-Mulk surəsi
Əl-Mulk surəsi Quran-ı Kərimdə 67. surədir və 30 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə67 / 114
Tez-tez Verilən Suallar
Əl-Mulk surəsi surəsi haqqında suallar və cavablar
Mulk surəsi neçə ayədən ibarətdir?
Mulk surəsi Quran-ı Kərimin 67-ci surəsidir və 30 ayədən ibarətdir.
Mulk surəsi harada nazil olub?
Mulk surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 67-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Mulk surəsi nə haqqındadır?
Mulk surəsi Quran-ı Kərimin 67-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30 ayədən ibarətdir.
Mulk surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Mulk surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Mulk surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Mulk surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Mulk surəsi Quranın hansı hissəsindədir?
Mulk surəsi Quran-ı Kərimin 67-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Mulk surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.