Ən-Nəhl surəsi · 113-cü ayə

Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Əlbəttə, onlara öz aralarından peyğəmbər gəldi. Amma onu təkzib etdilər. Onları sitəmkar olduqları halda əzab yaxaladı.”
Nöqtələr
Bu ayə ötən ayənin davamı olaraq buyurur: "Naşükür insanlar nəinki maddi, hətta ilahi peyğəmbərlər kimi mənəvi nemətləri də inkar etdilər. Nəticədə Allahın qəhr-qəzəbinə düçar oldular.
Bildirişlər
1. Peyğəmbərlər xalq arasından çıxmış ictimai insanlar idilər. Kafirlər onların kimliyini bilir, amma inadkarlıq göstərirdilər.
2. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab gəlir.
3. Peyğəmbərlərin təkzibi insanın həm özünə, həm də məktəb və rəhbərə qarşı zülmdür.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 113-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 113-cü ayəsi nə haqqındadır?
Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.
Ən-Nəhl surəsi 113-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 113-cü ayənin təfsiri nədir?
"Əlbəttə, onlara öz aralarından peyğəmbər gəldi. Amma onu təkzib etdilər. Onları sitəmkar olduqları halda əzab yaxaladı.”NöqtələrBu ayə ötən ayənin davamı olaraq buyurur: "Naşükür insanlar nəinki maddi, hətta ilahi peyğəmbərlər kimi mənəvi nemətləri də inkar etdilər. Nəticədə Allahın qəhr-qəzəbinə düçar oldular.Bildirişlər1. Peyğəmbərlər xalq arasından çıxmış ictimai insanlar idilər. Kafirlər onların kimliyini bilir, amma inadkarlıq göstərirdilər.2. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qal...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.