Ən-Nəhl surəsi · 60-cu ayə

Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Axirətə iman gətirməyənlər üçün pis məsəl var. Ən üstün məsəl Allah üçündür. Qüvvət və hikmət sahibi Odur.”
Nöqtələr
Sual: Hazırkı surənin 74-cü ayəsində buyurulur ki, Allah üçün məsəl çəkməyin. Bəs bu ayə necə izah olunur?
Cavab: Allah üçün məsəl çəkməmək dedikdə onu bir şeyə oxşatmamaq başa düşülür. Ən üstün məsəl dedikdə sifətlərin Allaha aid olması nəzərdə tutulur.
Bildirişlər
1. Bütün çirkinliklərin və pisliklərin qaynağı Qiyamətin inkarıdır.
2. Ən üstün kamilliklər Allaha aiddir.
3. İnsanın gözəlliyi onun imanındadır. İmansızlıq çirkinliklərin köküdür.
4. Allahın qüvvət və qüdrəti Onun hikmətindən ayrı deyil.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 60-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 60-cu ayəsi nə haqqındadır?
Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
Ən-Nəhl surəsi 60-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 60-cu ayənin təfsiri nədir?
"Axirətə iman gətirməyənlər üçün pis məsəl var. Ən üstün məsəl Allah üçündür. Qüvvət və hikmət sahibi Odur.”NöqtələrSual: Hazırkı surənin 74-cü ayəsində buyurulur ki, Allah üçün məsəl çəkməyin. Bəs bu ayə necə izah olunur?Cavab: Allah üçün məsəl çəkməmək dedikdə onu bir şeyə oxşatmamaq başa düşülür. Ən üstün məsəl dedikdə sifətlərin Allaha aid olması nəzərdə tutulur.Bildirişlər1. Bütün çirkinliklərin və pisliklərin qaynağı Qiyamətin inkarıdır.2. Ən üstün kamilliklər Allaha aiddir.3. İn...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.