Ən-Nəhl surəsi · 52-ci ayə

Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Göylərdə və yerlərdə olan Onundur. Pərəstiş və itaət daim Onun üçündür. Yoxsa Allahdan qeyrisindənmi qorxursunuz?”
Nöqtələr
Ayədə "din” deyərkən pərəstiş və bəndəlik nəzərdə tutulmuşdur. Din və məzhəbin qəbulunda pərəstiş və bəndəlik şərtdir. "Vasib” dedikdə daimilik və şiddət nəzərdə tutulur. Bu təbirlə "Saffat” surəsinin 9-cu ayəsində də rastlaşırıq.
Bildirişlər
1. Hər bir mövcud üçün xüsusi rəbb nəzərdə tutan xurafi əqidənin əksinə olaraq göylərdə və yerdə olan bütün varlıqların Allahı birdir.
2. Yalnız bir olan Xaliqin qarşısında pərəstiş və bəndəlik caizdir.
3. Şəriət və qanunçuluq varlıq aləminin sahibi olan kəsin haqqıdır. Varlığı yaradan onun qanunlarını da bəyan etməlidir.
4. Şirkin heç bir dəlili və izahatı yoxdur.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 52-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 52-ci ayəsi nə haqqındadır?
Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!
Ən-Nəhl surəsi 52-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 52-ci ayənin təfsiri nədir?
"Göylərdə və yerlərdə olan Onundur. Pərəstiş və itaət daim Onun üçündür. Yoxsa Allahdan qeyrisindənmi qorxursunuz?”NöqtələrAyədə "din” deyərkən pərəstiş və bəndəlik nəzərdə tutulmuşdur. Din və məzhəbin qəbulunda pərəstiş və bəndəlik şərtdir. "Vasib” dedikdə daimilik və şiddət nəzərdə tutulur. Bu təbirlə "Saffat” surəsinin 9-cu ayəsində də rastlaşırıq.Bildirişlər1. Hər bir mövcud üçün xüsusi rəbb nəzərdə tutan xurafi əqidənin əksinə olaraq göylərdə və yerdə olan bütün varlıqların Allahı birdir.2....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.