Ən-Nəhl surəsi · 57-ci ayə

Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Onlar Allah üçün qızlar qərar verirlər. (Mələkləri Allahın qızları sayırlar.) Halbuki O (övladı olmaq sifətindən) pakdır. Özlərinə isə istədiklərini (oğlanları aid edirlər).”
Nöqtələr
"Ənam” surəsinin 136-cı ayəsində buyurulur ki, bütpərəstlər əkin və mal-qaradan bütlər üçün pay ayırırlar. Ola bilsin ki, bu ayədə həmin nöqtəyə işarə olunmuşdur. Mərhum Əllamə Təbatəbainin nəzərincə, ayədə xalqın nemətlərin nazil olmasına və bəlaların dəfinə münasibətdə Allahdan-qeyrilərinin rolunu önə çəkməsindən danışılır.
Müşriklər mələkləri Allahın qızları sayırdılar. "Zuxruf” surəsinin 19-cu ayəsində buyurulur: "Onlar Rəhmanın (Allahın) bəndələri olan mələkləri qadın bildilər.” Onların bu əqidəsində 3 büdrəmə vardı:
a) Allaha övlad aid edirdilər;
b) Mələklərin qadın cinsindən olduğunu bildirirdilər;
v) Özləri üçün əskiklik saydıqları qızları Allaha aid edirdilər.
Bildirişlər
1. Nəyimiz varsa Ondandır. Ondan qeyrisinə pay ayırsaq, cavab verəsiyik.
2. Çaşqınlar da Allahın maddi mənfəətlərindən faydalanır.
3. Könül verdiyiniz zahiri və bəşəri vasitələrin ruzi yolundan və bəlaların dəfindən xəbəri yoxdur.
4. Nemətlərin hətta bir hissəsini Allahdan qeyrisinə aid etmək şirkdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 57-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 57-ci ayəsi nə haqqındadır?
Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!
Ən-Nəhl surəsi 57-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 57-ci ayənin təfsiri nədir?
"Onlar Allah üçün qızlar qərar verirlər. (Mələkləri Allahın qızları sayırlar.) Halbuki O (övladı olmaq sifətindən) pakdır. Özlərinə isə istədiklərini (oğlanları aid edirlər).”Nöqtələr"Ənam” surəsinin 136-cı ayəsində buyurulur ki, bütpərəstlər əkin və mal-qaradan bütlər üçün pay ayırırlar. Ola bilsin ki, bu ayədə həmin nöqtəyə işarə olunmuşdur. Mərhum Əllamə Təbatəbainin nəzərincə, ayədə xalqın nemətlərin nazil olmasına və bəlaların dəfinə münasibətdə Allahdan-qeyrilərinin rolunu önə çəkməsindən ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.