Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 22. Sürə

Əl-Həcc ‏ surəsi

22. surə 78 ayə Məkkə Tam tərcümə

Əl-Həcc ‏ surəsi Ayələri

Toplam 78 ayə · Azərbaycan dilində
Tam tərcümə
1
Əl-Həcc ‏ surəsi · Ayə 1
Quran-ı Kərim · Məkkə surəsi
Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir.
Yüklə
2
Əl-Həcc ‏ surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.
Yüklə
3
Əl-Həcc ‏ surəsi · Ayə 3
Quran-ı Kərim · Məkkə surəsi
İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.
Yüklə
4
Əl-Həcc ‏ surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»
Yüklə
5
Əl-Həcc ‏ surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.
Yüklə
6
Əl-Həcc ‏ surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
(İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir.
Yüklə
7
Əl-Həcc ‏ surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
Yüklə
8
Əl-Həcc ‏ surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.
Yüklə
9
Əl-Həcc ‏ surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
(Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.
Yüklə
10
Əl-Həcc ‏ surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
(Cəhənnəmdə ona deyiləcək:) «Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir, (yoxsa ki,) Allah bəndələrinə əsla zülm edən deyildir (onları cəzalandırandır).
Yüklə
11
Əl-Həcc ‏ surəsi · Ayə 11
Quran-ı Kərim · Məkkə surəsi
İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!
Yüklə
12
Əl-Həcc ‏ surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (bütləri) çağırır. Budur həmin uzun-uzadı azğınlıq!
Yüklə
13
Əl-Həcc ‏ surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
O, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir!
Yüklə
14
Əl-Həcc ‏ surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.
Yüklə
15
Əl-Həcc ‏ surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?
Yüklə
16
Əl-Həcc ‏ surəsi · Ayə 16
Quran-ı Kərim · Məkkə surəsi
Biz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən Allah istədiyini doğru yola yönəldir.
Yüklə
17
Əl-Həcc ‏ surəsi · Ayə 17
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir.
Yüklə
18
Əl-Həcc ‏ surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.
Yüklə
19
Əl-Həcc ‏ surəsi · Ayə 19
Quran-ı Kərim · Məkkə surəsi
Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir.
Yüklə
22
Əl-Həcc ‏ surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!
Yüklə
23
Əl-Həcc ‏ surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları naxışlı ipəkdəndir.
Yüklə
24
Əl-Həcc ‏ surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
Onlar (mələklərlə rastlaşanda və öz aralarında salam, şükr və bu kimi fərəh gətirən) pak söz(lər)ə istiqamətləndiriliblər və sifətləri mədh edilmiş Allahın yoluna hidayət ediliblər (ki, onlar da tərifə layiq sifətlərə malik olsunlar).
Yüklə
25
Əl-Həcc ‏ surəsi · Ayə 25
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.
Yüklə
26
Əl-Həcc ‏ surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»
Yüklə
27
Əl-Həcc ‏ surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
«Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar.»
Yüklə
28
Əl-Həcc ‏ surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
«Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin.»
Yüklə
29
Əl-Həcc ‏ surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
«Sonra (başı qırxmaq, ehramdan çıxmaq və qüsl verərək təmizlik işləri aparmaqla) öz (bədənlərinin) bulaşıq və çirklərini yox etsinlər. Və öz (boyunlarında olan) nəzirlərinə vəfa etsinlər və həmin əziz, qədim və azad evin ətrafında təvaf etsinlər!»
Yüklə
30
Əl-Həcc ‏ surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər!) Budur (İbrahimə və sənə yazdığım həcc)! Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.
Yüklə
31
Əl-Həcc ‏ surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
Allaha görə haqpərəst olub müşriklərdən olmadan (murdar və batildən çəkinin). (Vücud, rübubiyyət, xilqət və ibadətdə) Allaha şərik qoşan kəs, sanki göydən düşüb və ov quşları onu qapırlar (və özlərinə yem edirlər) və ya (güclü) külək onu uzaq bir yerə atır.
Yüklə
32
Əl-Həcc ‏ surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.
Yüklə
33
Əl-Həcc ‏ surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Onda (qurbanlıq heyvanlarda) müəyyən müddətədək (ehram bağlayandan onları kəsənə kimi) sizin üçün (süd, yun, bala vermələri və minik olmaları kimi) mənfəətlər vardır. Sonra onları qurban kəsməyin vaxtı o qədim və azad (Kə'bə) ev(in)ə çatandadır.
Yüklə
34
Əl-Həcc ‏ surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
(Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver.
Yüklə
35
Əl-Həcc ‏ surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Yüklə
36
Əl-Həcc ‏ surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
Biz kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik. Onlarda sizin üçün (dünya və axirət) xeyir(i) vardır. Buna görə də (onları qurban kəsəndə) ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin (və sonra özünəməxsus qaydada kəsin). Elə ki, yanları yerə dəydi (və onları təmiz kəsib qurtardınız) onlardan yeyin və qane yoxsullara və uman kasıblara da yedirin. Onları beləcə sizə ram etmişik ki, bəlkə şükr etdiniz.
Yüklə
37
Əl-Həcc ‏ surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver.
Yüklə
38
Əl-Həcc ‏ surəsi · Ayə 38
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.
Yüklə
39
Əl-Həcc ‏ surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.
Yüklə
40
Əl-Həcc ‏ surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir.
Yüklə
41
Əl-Həcc ‏ surəsi · Ayə 41
Quran-ı Kərim · Məkkə surəsi
O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.
Yüklə
42
Əl-Həcc ‏ surəsi · Ayə 42
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər!) Əgər səni təkzib etsələr (bu təəccüblü deyil, çünki) onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad və (Salehin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
Yüklə
44
Əl-Həcc ‏ surəsi · Ayə 44
Quran-ı Kərim · Məkkə surəsi
Və eləcə də (Şüeybin qömü) Mədyən əhli. Musa da təkzib edilmişdi. Kafirlərə bir müddət möhlət verdim, sonra onları qəzəblə yaxaladım. Buna görə də (bax gör) Mənim kəskin əks-əməlim necə idi?
Yüklə
45
Əl-Həcc ‏ surəsi · Ayə 45
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik. (Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!
Yüklə
46
Əl-Həcc ‏ surəsi · Ayə 46
Quran-ı Kərim · Məkkə surəsi
Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.
Yüklə
47
Əl-Həcc ‏ surəsi · Ayə 47
Quran-ı Kərim · Məkkə surəsi
Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)
Yüklə
48
Əl-Həcc ‏ surəsi · Ayə 48
Quran-ı Kərim · Məkkə surəsi
Neçə-neçə insan cəmiyyətləri (var idi) ki, onlara zalım oduqları halda möhlət verdim. Sonra onları (qəzəblə) yaxaladım. (Bütün canlı varlıqların) qayıdış(ı) Mənə tərəfdir.
Yüklə
49
Əl-Həcc ‏ surəsi · Ayə 49
Quran-ı Kərim · Məkkə surəsi
De: «Ey insanlar! Mən sizin üçün yalnız aşkar bir qorxudanam (sizi küfr və itaətsizliyin pis nəticəsindən qorxuduram).
Yüklə
50
Əl-Həcc ‏ surəsi · Ayə 50
Quran-ı Kərim · Məkkə surəsi
Buna görə də bağışlanma və gözəl, ürəyəyatan ruzi iman gətirib yaxşı işlər görənlər üçündür.
Yüklə
51
Əl-Həcc ‏ surəsi · Ayə 51
Quran-ı Kərim · Məkkə surəsi
Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.
Yüklə
52
Əl-Həcc ‏ surəsi · Ayə 52
Quran-ı Kərim · Məkkə surəsi
Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.
Yüklə
53
Əl-Həcc ‏ surəsi · Ayə 53
Quran-ı Kərim · Məkkə surəsi
(Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.
Yüklə
54
Əl-Həcc ‏ surəsi · Ayə 54
Quran-ı Kərim · Məkkə surəsi
Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.
Yüklə
55
Əl-Həcc ‏ surəsi · Ayə 55
Quran-ı Kərim · Məkkə surəsi
(Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.
Yüklə
56
Əl-Həcc ‏ surəsi · Ayə 56
Quran-ı Kərim · Məkkə surəsi
Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.
Yüklə
57
Əl-Həcc ‏ surəsi · Ayə 57
Quran-ı Kərim · Məkkə surəsi
Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır. 58. Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır.
Yüklə
58
Əl-Həcc ‏ surəsi · Ayə 58
Quran-ı Kərim · Məkkə surəsi
Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır.
Yüklə
59
Əl-Həcc ‏ surəsi · Ayə 59
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
Yüklə
60
Əl-Həcc ‏ surəsi · Ayə 60
Quran-ı Kərim · Məkkə surəsi
. (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
Yüklə
61
Əl-Həcc ‏ surəsi · Ayə 61
Quran-ı Kərim · Məkkə surəsi
Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.
Yüklə
62
Əl-Həcc ‏ surəsi · Ayə 62
Quran-ı Kərim · Məkkə surəsi
Buna (Allahın yaradılış və şəriətdəki bu qüdrətinə) səbəb odur ki, yalnız Allah müstəqil mütləq haqqdır və (müşriklərin) Onun yerinə çağırdıqları batildir. Allah uca və böyükdür.
Yüklə
63
Əl-Həcc ‏ surəsi · Ayə 63
Quran-ı Kərim · Məkkə surəsi
Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su nazil etməsini və onun vasitəsi ilə yerin yamyaşıl olmasını görmədin? Həqiqətən Allah lətif (əşyaların lap incəliklərinə nüfuz edən) və (dünyanın işlərinin necə idarə olunmasından) xəbərdardır.
Yüklə
64
Əl-Həcc ‏ surəsi · Ayə 64
Quran-ı Kərim · Məkkə surəsi
Göylərdə və yerdə olanlar (göylər və yerin özü də daxil olmaqla) Ona məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun əzəli istəyi ilədir.) Həqiqətən Allah (hər şeydən zatən) ehtiyacsız və (bütün kamilliklərlə) mədh edilməyə layiqdir.
Yüklə
65
Əl-Həcc ‏ surəsi · Ayə 65
Quran-ı Kərim · Məkkə surəsi
Məgər Allahın yer üzündə olanları və həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm və istəyinizə tabe etməsini) və göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn və qəti istəyi olmadan (varlıq aləminin quruluşunu pozmaq istəməsi istisna olmaqla) yer üzünə düşməkdən saxladığını görmədin? Həqiqətən Allah insanlara qarşı şəfqətli və mehribandır.
Yüklə
66
Əl-Həcc ‏ surəsi · Ayə 66
Quran-ı Kərim · Məkkə surəsi
Sizi (növünüzü tarix boyu tədricən) dirildən, sonra (tədricən) öldürəcək, daha sonra (ikinci sur çalınan zaman Qiyamətdə hamılıqla) dirildəcək (qüvvə) Odur. (Əməl dünyasında olmaq neməti nəticə aləminin olması ilə kamilləşir. Amma) şübhəsiz, insan çox nankordur.
Yüklə
67
Əl-Həcc ‏ surəsi · Ayə 67
Quran-ı Kərim · Məkkə surəsi
Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman və hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə də onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz, sən doğru yoldasan.
Yüklə
68
Əl-Həcc ‏ surəsi · Ayə 68
Quran-ı Kərim · Məkkə surəsi
Əgər (bütün dəlil-sübutlar təqdim edildikdən sonra yenə) səninlə mübahisə etsələr, onda (üz döndərərək) de: «Etdiklərinizi Allah daha yaxşı bilir.»
Yüklə
70
Əl-Həcc ‏ surəsi · Ayə 70
Quran-ı Kərim · Məkkə surəsi
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanı bilir?! Əlbəttə onların hamısı bir kitabda (Allahın əzəli elmindən qaynaqlanan Lövhi-Məhfuzda) qeyd olunmuşdur. Şübhəsiz bu, (onları Lövhi-Məhfuzda yazmaq və Qiyamətdə icra etmək) Allaha asandır.
Yüklə
71
Əl-Həcc ‏ surəsi · Ayə 71
Quran-ı Kərim · Məkkə surəsi
Onlar Allahın yerinə barəsində Allahın dəlil-sübut nazil etmədiyi və haqqında (tanrı və rəbb olmasına, Allaha yaxın olmasına və şəfaət edəcəyinə) özlərinin də elmləri olmayan (və yalnız gümana və keçmişlərinə təqlidə əsaslanan) bir şeyə ibadət edirlər. Zalımların əsla yardımçısı yoxdur.
Yüklə
72
Əl-Həcc ‏ surəsi · Ayə 72
Quran-ı Kərim · Məkkə surəsi
Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur.»
Yüklə
73
Əl-Həcc ‏ surəsi · Ayə 73
Quran-ı Kərim · Məkkə surəsi
Ey insanlar! (Sizin özünüz və bütləriniz barəsində) bir məsəl çəkilib, ona qulaq asın: Həqiqətən Allahın yerinə çağırdıqlarınız əsla, hətta bunun üçün bir yerə yığılsalar belə, bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şey götürsə, onu ondan geri ala bilməzlər. İstəyənlə (müşriklərlə), (hacət) istənilənin (bütlərin) hər ikisi acizdirlər. (Yaxud da istəyəndən məqsəd milçəklər, istəniləndən məqsəd isə götürülüb aparılmış şeydir, ya da istəyən bütlər istənilən isə milçəklərdir.)
Yüklə
74
Əl-Həcc ‏ surəsi · Ayə 74
Quran-ı Kərim · Məkkə surəsi
Onlar Allahı Onun Öz məqam və dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar (və buna görə də ən qüdrətli varlığa – varlıq aləminin yaradanına Onun ən zəif məxluqunu şərik qoşdular). Həqiqətən Allah qüvvətli və yenilməz qalibdir.
Yüklə
75
Əl-Həcc ‏ surəsi · Ayə 75
Quran-ı Kərim · Məkkə surəsi
Allah (Özü ilə peyğəmbərləri arasında vasitə olmaq üçün) mələklərdən və (Özü ilə cəmiyyət arasında vasitə olma üçün) insanlardan elçilər seçir. Həqiqətən Allah (cəmiyyətin təlim-tərbiyə sahəsindəki ehtiyac çağırışlarını) eşidən və (onların pyeğəmbər və tərbiyəçilərinin vəziyyətini) görəndir.
Yüklə
76
Əl-Həcc ‏ surəsi · Ayə 76
Quran-ı Kərim · Məkkə surəsi
Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.
Yüklə
77
Əl-Həcc ‏ surəsi · Ayə 77
Quran-ı Kərim · Məkkə surəsi
Ey (Bizim peyğəmbərimiz Muhəmmədə – səlləllahu əleyhi və alih) iman gətirənlər, ruku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir.)
Yüklə
78
Əl-Həcc ‏ surəsi · Ayə 78
Quran-ı Kərim · Məkkə surəsi
Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb. (Heç bir çətin hökm çıxarılmayıb və qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas və qolları ilə) atanız İbrahimin dini və şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) və bunda (bu kitabda) müsəlman adlandıran o olub. (Bu seçim) bu peyğəmbərin (Qiyamət günü) sizə və sizin insanlara şahid olmağınız üçündür. (Məsumlar və onların canişinləri Qiyamətdə bu ümmətə və həmçinin keçmiş ümmətlərə şahid olacaqlar.) Buna görə də namaz qılın, zəkat verin və Allaha sığının. Sizin hami, sahib və başçınız Odur. O necə də gözəl hami və necə də gözəl yardımçıdır.
Yüklə
22. Sürə

Əl-Həcc ‏ surəsi

22 78 ayə Məkkə

Əl-Həcc ‏ surəsi Ayələri

78 ayə · Azərbaycan dilində
Tam
1
Əl-Həcc ‏ surəsi · Ayə 1
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Əl-Həcc ‏ surəsi

Əl-Həcc ‏ surəsi Quran-ı Kərimdə 22. surədir və 78 ayədən ibarətdir.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə22 / 114

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi surəsi haqqında suallar və cavablar

Həcc surəsi neçə ayədən ibarətdir?
Həcc surəsi Quran-ı Kərimin 22-ci surəsidir və 78 ayədən ibarətdir.
Həcc surəsi harada nazil olub?
Həcc surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 22-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Həcc surəsi nə haqqındadır?
Həcc surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78 ayədən ibarətdir.
Həcc surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Həcc surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Həcc surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Həcc surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Həcc surəsi Quranın hansı hissəsindədir?
Həcc surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Həcc surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.