Ən-Nəhl surəsi · 126-cı ayə

Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 126
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Cəzalandırdıqda necə cəzalandırılmısınızsa, elə cəzalandırın. Əlbəttə, səbir və dözüm göstərsəniz, səbir əhli üçün bu daha yaxşıdır.”
Nöqtələr
Rəvayətlərdə bildirilir ki, Ühüd döyüşündə həzrət Həmzə şəhadətə çatdığı vaxt İslam Peyğəmbəri (s) buyurdu: "Əgər kafirlərə qalib gəlsək onları doğrayacağıq.” Ayə nazil oldu ki, intiqam alarkən ədalət və səbrinizi əldən verməyin. Həzrət (s) buyurdu:”Səbir edirəm, səbir edirəm!” Bəli, İslamı tanıtdırarkən Ühüd döyüşü ilə yanaşı Məkkənin fəthini, həzrət Peyğəmbərin (s) əfvini (müqayisəli şəkildə) qeyd edək.
Bildirişlər
1. Düşmənlərə münasibətdə də ədalət və insafı gözləyin.
2. Qarşı tərəf kimi rəftar etmək təbii və ilahi haqdır.
3. Səbirdə elə bir ləzzət vardır ki, intiqamda bu yoxdur.
4. İnamsızlıq yarandıqda öz vədinizi təkidlə bəyan edin.
5. Döyüşün də qanunu və əxlaqı var.
6. Qanun təklikdə bəs etmir, əxlaq da lazımdır.
7. Düşünməyin ki, sizin səbriniz düşmənə fayda verəcək. Səbir sizin özünüz üçün faydalıdır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 126-cı ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 126-cı ayəsi nə haqqındadır?
Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
Ən-Nəhl surəsi 126-cı ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 126-cı ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 126-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 126-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 126-cı ayənin təfsiri nədir?
"Cəzalandırdıqda necə cəzalandırılmısınızsa, elə cəzalandırın. Əlbəttə, səbir və dözüm göstərsəniz, səbir əhli üçün bu daha yaxşıdır.”NöqtələrRəvayətlərdə bildirilir ki, Ühüd döyüşündə həzrət Həmzə şəhadətə çatdığı vaxt İslam Peyğəmbəri (s) buyurdu: "Əgər kafirlərə qalib gəlsək onları doğrayacağıq.” Ayə nazil oldu ki, intiqam alarkən ədalət və səbrinizi əldən verməyin. Həzrət (s) buyurdu:”Səbir edirəm, səbir edirəm!” Bəli, İslamı tanıtdırarkən Ühüd döyüşü ilə yanaşı Məkkənin fəthini, həzrət Peyğ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.