Ən-Nəhl surəsi · 50-cu ayə

Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 50
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Onlar hakim və əhatə edən Allahdan qorxar, Onun əmrlərini yerinə yetirərlər.”
Nöqtələr
"Dabbə” dedikdə bir məkandan digərinə hərəkət edən canlı nəzərdə tutulur. Bu söz insana, heyvana və cinə aid edilir. Mələklər isə bu dairəyə aid deyil.
Göydə və yerdə olan bütün mövcudların səcdəsi dedikdə, ya onların təbiət qanunları qarşısında təslimçiliyi, ya da şüurlu səcdəsi nəzərdə tutulur. Bizim düşüncəmizə sığmasa da, ayələrin zahirindən ikinci məna təsdiqlənir.
Əgər Allah qarşısında bütün mövcudlar da mələklər kimi səcdədədirsə, nə üçün biz insanlar səcdə etməyək?!
Hökmünə müti olub hamı itaətdə ikən,
İnsaf olmaz çəkinib haqqa boyun əyməyəsən.
Bildirişlər
1. Varlıq aləmi yalnız vahid Allahın qarşısında müti dayanıb səcdə edir.
2. Göylərdə də diri və hərəkətdə olan mövcudlar var.
3. Mələklər Allah qarşısında tam təslimdirlər.
4. İnsan Allahdan öz günahlarına görə qorxursa, mələklər yalnız Onun məqam və əzəmətindən çəkinirlər.
5. Mələklərin nə ruhunda, nə də əməlində təkəbbür var.
6. İlahi göstərişlərdən boyun qaçırmağın kökü təkəbbürdür. Bu kök qırıldıqda əməl başlayar.
7. Mələklər Allahın məmurlarıdır və vəzifə daşıyırlar.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 50-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 50-cu ayəsi nə haqqındadır?
Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.
Ən-Nəhl surəsi 50-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 50-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 50-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 50-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 50-cu ayənin təfsiri nədir?
"Onlar hakim və əhatə edən Allahdan qorxar, Onun əmrlərini yerinə yetirərlər.”Nöqtələr"Dabbə” dedikdə bir məkandan digərinə hərəkət edən canlı nəzərdə tutulur. Bu söz insana, heyvana və cinə aid edilir. Mələklər isə bu dairəyə aid deyil.Göydə və yerdə olan bütün mövcudların səcdəsi dedikdə, ya onların təbiət qanunları qarşısında təslimçiliyi, ya da şüurlu səcdəsi nəzərdə tutulur. Bizim düşüncəmizə sığmasa da, ayələrin zahirindən ikinci məna təsdiqlənir.Əgər Allah qarşısında bütün mövcudlar da mə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.