Ən-Nəhl surəsi · 70-cu ayə

Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah sizi yaratdı, sonra canınızı alar. Sizdən bəziləri ömrün ən alçaq dövrünə (qocalığa) qaytarılar. Belə ki, bildikdən sonra (bir çox məsələləri unudar və) bir şey bilməz. Əlbəttə, Allah bilən və qüdrətlidir.”
Nöqtələr
"Rəzil” sözündən olan "ərzəl” sözü alçaq və dəyərsiz mənasını bildirir. İnsan ömrünün ən alçaq dövrü zəiflik və yaddaşsızlığın zirvə həddinə çatdığı dövrdür.
Qocalıq dövründə yaddaşsızlıq adi insanlara aiddir. Allahın həzrət Nuh, həzrət Mehdi (ə) kimi övliyaları ömür boyu məsuliyyət daşımışlar. Onlarda heç vaxt qəflət, süstlük və yaddaşsızlıq görünməmişdir.
Bildirişlər
1. Ölüm və həyat Onun əlindədir.
2. Ömrün agahlıqla müşayiət olunan hissəsi faydalı və dəyərlidir. Yaddaşsızlıq və qəflət dolu ömür dəyərsizdir.
3. Uzun ömür hamı üçün nəzərdə tutulmayıb.
4. İnsanda qüdrət və zəiflik, elm və cəhalət, agahlıq və qəflət arası baş verən dəyişikliklər Allahın tədbir və elmi əsasındadır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 70-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 70-cu ayəsi nə haqqındadır?
Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
Ən-Nəhl surəsi 70-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 70-cu ayənin təfsiri nədir?
"Allah sizi yaratdı, sonra canınızı alar. Sizdən bəziləri ömrün ən alçaq dövrünə (qocalığa) qaytarılar. Belə ki, bildikdən sonra (bir çox məsələləri unudar və) bir şey bilməz. Əlbəttə, Allah bilən və qüdrətlidir.”Nöqtələr"Rəzil” sözündən olan "ərzəl” sözü alçaq və dəyərsiz mənasını bildirir. İnsan ömrünün ən alçaq dövrü zəiflik və yaddaşsızlığın zirvə həddinə çatdığı dövrdür.Qocalıq dövründə yaddaşsızlıq adi insanlara aiddir. Allahın həzrət Nuh, həzrət Mehdi (ə) kimi övliyaları ömür boyu məsuliy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.