Ən-Nəhl surəsi · 22-ci ayə

Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Sizin məbudunuz yeganə məbuddur. Axirətə imanı olmayanların qəlbləri yana çevrilmişdir və onlar təkəbbür əhlidirlər.”
Nöqtələr
Ötən ayələrdə qeyri-ilahi məbudların yarada bilməməsi və bixəbərliyi qeyd olundu. Bu ayədə isə deyilir ki, sizin həqiqi məbudunuz bir olan Allahdır.
"Kibr” dedikdə özünü böyük bilmək nəzərdə tutulur. "Təkəbbür” isə kibr təsirlərinə əməl etməkdir. İnsanın hansısa vasitələrlə öz böyüklüyünü sübuta yetirmək istəməsi "istikbar” sözü ilə ifadə olunur.
Rəvayətlərdə deyilir ki, imam Hüseyn (ə) yoxsulların yanından keçərkən onlar təam yeyirdilər. Onlar həzrəti süfrəyə dəvət etdilər. İmam (ə) onlarla yanaşı əyləşdi və təamlarından dadıb buyurdu: "Allah təkəbbürlüləri sevmir.”
Bildirişlər
1. Ölümdən sonrakı həyatı – məadı inkar etmək əslində yaranışı inkar etməkdir. Tövhid və məad bir-birinə bağlı prinsiplərdir.
2. Küfrün qaynağı cəhalət yox, kibrdir. Nəzərdə tutulan - həqiqətdən xəbərsizlik yox, həqiqətin inkarıdır.
3. Axirətə iman təkəbbür və istikbarı aradan qaldırır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 22-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 22-ci ayəsi nə haqqındadır?
Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
Ən-Nəhl surəsi 22-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 22-ci ayənin təfsiri nədir?
"Sizin məbudunuz yeganə məbuddur. Axirətə imanı olmayanların qəlbləri yana çevrilmişdir və onlar təkəbbür əhlidirlər.”NöqtələrÖtən ayələrdə qeyri-ilahi məbudların yarada bilməməsi və bixəbərliyi qeyd olundu. Bu ayədə isə deyilir ki, sizin həqiqi məbudunuz bir olan Allahdır."Kibr” dedikdə özünü böyük bilmək nəzərdə tutulur. "Təkəbbür” isə kibr təsirlərinə əməl etməkdir. İnsanın hansısa vasitələrlə öz böyüklüyünü sübuta yetirmək istəməsi "istikbar” sözü ilə ifadə olunur.Rəvayətlərdə deyilir ki, im...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.