Ən-Nəhl surəsi · 35-ci ayə

Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Müşriklər dedilər: "Əgər Allah istəsəydi nə biz, nə də bizim atalarımız Ondan qeyrisinə pərəstiş etməz, Onun hökmü olmadan heç nəyi haram saymazdıq.” Onlardan əvvəlkilər də belə rəftar edirdilər. Məgər peyğəmbərlərin aşkar bəyandan savay nə vəzifəsi var?!”
Nöqtələr
"Cəbr” ("məcburiyyət”) məsələsi müşriklər tərəfindən uydurulmuş bir məsələ idi. Onlar deyirdilər ki, Allah istəsəydi, biz Ondan qeyrisinə pərəstiş etməz, müşrik olmazdıq. Bu nöqtələr "Ənam” surəsinin 148-ci, "Zuxruf” surəsinin 10-cu ayəsində də qeyd olunmuşdur.
Sual: Xalqın azğınlığının qarşısının alınmaması Allahın razılıq nişanəsi deyilmi?
Cavab: Xeyr! Çünki Allah xalqın hidayəti üçün vasitələr müəyyənləşdirmiş, peyğəmbərlər və kitablar göndərmişdir. Təbii ki, azğınlıq istəyən belə etməzdi. Amma kimsə iman gətirməyə də məcbur edilməmişdir. Çünki məcburi iman dəyərsizdir.
Bildirişlər
1. Küfr və şirkdən də təhlükəlisi bu iki şeyə don geyindirib, onları Allaha aid etməkdir.
2. Müşriklər arasında da "cəbrilik” ("məcburiyyət”) əqidəsi olmuşdur.
3. Azğınlar özlərindən əlavə, ata-babalarının da işinə don geyindirirlər.
4. Bir çox insanlar ağına-bozuna baxmadan ata-babalarının əqidəsini qəbul edirlər.
5. Haram şeyləri halal etməyə icazə verilmədiyi kimi, halal şeyləri də haram etmək caiz deyil.
6. Azğınlar tarix boyu pis işlərini yaxşıya yozmaqla, don geyindirməklə məşğul olmuşlar.
7. Təbliğ yetərli və aydın olmalıdır.
8. Peyğəmbərlərin vəzifəsi xalqı məcburi şəkildə imana yönəltmək yox, dəvət və təbliğdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 35-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 35-ci ayəsi nə haqqındadır?
Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aş...
Ən-Nəhl surəsi 35-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 35-ci ayənin təfsiri nədir?
"Müşriklər dedilər: "Əgər Allah istəsəydi nə biz, nə də bizim atalarımız Ondan qeyrisinə pərəstiş etməz, Onun hökmü olmadan heç nəyi haram saymazdıq.” Onlardan əvvəlkilər də belə rəftar edirdilər. Məgər peyğəmbərlərin aşkar bəyandan savay nə vəzifəsi var?!”Nöqtələr"Cəbr” ("məcburiyyət”) məsələsi müşriklər tərəfindən uydurulmuş bir məsələ idi. Onlar deyirdilər ki, Allah istəsəydi, biz Ondan qeyrisinə pərəstiş etməz, müşrik olmazdıq. Bu nöqtələr "Ənam” surəsinin 148-ci, "Zuxruf” surəsinin 10-cu ay...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.