Ən-Nəhl surəsi · 79-cu ayə

Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Səmada ram edilmiş (saxlanılmış halda qalan) quşları görmürlərmi? Onları yalnız Allah saxlayır. Əlbəttə, bunda (bu uçuşda) iman gətirənlər üçün aydın nişanələr var.”
Nöqtələr
Qeyd olunduğu kimi, bu surə nemətlərlə tanışlıq və Xaliqə diqqət mövzusundadır. Surənin bu yerinədək yağış suyu, heyvanların südü, meyvələr, bal, həyat yoldaşı və övlad kimi nemətlərin adı çəkildi. Bu və bundan sonrakı ayədə quşlardan, dördayaqlıların dərisindən, yunundan, eləcə də, dağlardan danışılır.
Quşlar bəzən tənha, bəzən dəstə ilə, bəzən nizamlı, bəzən nizamsız, bəzən canını qurtarmaq üçün, bəzən qida tapmaq məqsədi ilə pərvaz edirlər. Hər bir quş öz çəkisinə uyğun qanadla hərəkət edir. Bütün bu nöqtələr ağıllı insanın diqqətini Allaha yönəltməlidir.
Bildirişlər
1. Allah bizim yaradılmışlar haqqında düşünməyimizi istəyir və diqqətsiz insanlar tənqid olunur.
2. Quşlar istənilən halda, istənilən yerdə Allaha tabedir.
3. Səmada hərəkət üçün imkanlar əldə etməsi insanın diqqətini Allahdan yayındırmamalıdır. (Bir dəfə təyyarə ilə uçarkən bələdçi salona daxil olub təyyarənin nə vaxt yerə enəcəyini bildirdi. Soruşdum ki, nə üçün inşallah demirsən? Dedi ki, təyyarənin kompyuter sistemi var və bu sistem hər şeyi dəqiq göstərir. Bu şəxs unudurdu ki, dünyanın ayrı-ayrı nöqtələrində qəzaya uğrayan təyyarələrin də kompyuter sistemi var idi!)
4. Quşların uçuşunda bir çox qəribəliklər var. Amma bu nöqtələri yalnız iman əhli dərk edir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 79-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 79-cu ayəsi nə haqqındadır?
Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişan...
Ən-Nəhl surəsi 79-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 79-cu ayənin təfsiri nədir?
"Səmada ram edilmiş (saxlanılmış halda qalan) quşları görmürlərmi? Onları yalnız Allah saxlayır. Əlbəttə, bunda (bu uçuşda) iman gətirənlər üçün aydın nişanələr var.”NöqtələrQeyd olunduğu kimi, bu surə nemətlərlə tanışlıq və Xaliqə diqqət mövzusundadır. Surənin bu yerinədək yağış suyu, heyvanların südü, meyvələr, bal, həyat yoldaşı və övlad kimi nemətlərin adı çəkildi. Bu və bundan sonrakı ayədə quşlardan, dördayaqlıların dərisindən, yunundan, eləcə də, dağlardan danışılır.Quşlar bəzən tənha, bə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.