Ən-Nəhl surəsi · 26-cı ayə

Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Həqiqətən, onlardan əvvəlkilər hiylə qurdular. Allahın qəhr-qəzəbi onların binalarının sütunları sorağına gəldi. Başlarının üzərindəki dam uçub töküldü və ilahi əzab gözləmədikləri yerdən yetişdi.”
Nöqtələr
Bu ayə həm fitnəkarlara xəbərdarlıq, həm də Peyğəmbərə (s) təsəllidir.
Bildirişlər
1. Haqq yolda daim qurğular qurulmuşdur.
2. Dinin bünövrəsi təhlükədə olduqda Allah Özü işə qarışır.
3. Din və məzhəb müxalifləri bilsinlər ki, onlar Allahla qarşı-qarşıya durmuşlar.
4. Harada dinin bünövrəsi təhlükədədirsə (ötən ayələrdə kafirlər vəhyi əsatir sayırdılar), müxaliflərlə bünövrəli rəftar edilməlidir.
5. Düşmənlə səthi yox, fundamental mübarizə aparılmalıdır ki, onların bütün ideoloji təşkilatları aradan götürülsün.
6. Allahın cəzaları təkcə axirətə aid deyil.
7. Bəzən insanın canını qorumalı olan möhkəm bina onun üçün gora çevrilir.
8. Allahın qəhr-qəzəbinin zaman və məkanını öncədən müəyyənləşdirmək mümkünsüzdür.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 26-cı ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 26-cı ayəsi nə haqqındadır?
Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
Ən-Nəhl surəsi 26-cı ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 26-cı ayənin təfsiri nədir?
"Həqiqətən, onlardan əvvəlkilər hiylə qurdular. Allahın qəhr-qəzəbi onların binalarının sütunları sorağına gəldi. Başlarının üzərindəki dam uçub töküldü və ilahi əzab gözləmədikləri yerdən yetişdi.”NöqtələrBu ayə həm fitnəkarlara xəbərdarlıq, həm də Peyğəmbərə (s) təsəllidir.Bildirişlər1. Haqq yolda daim qurğular qurulmuşdur.2. Dinin bünövrəsi təhlükədə olduqda Allah Özü işə qarışır.3. Din və məzhəb müxalifləri bilsinlər ki, onlar Allahla qarşı-qarşıya durmuşlar.4. Harada dinin bünövrəsi təhlükə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.