Ən-Nəhl surəsi · 103-cü ayə

Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Əlbəttə, Biz bilirik ki, sənin müxaliflərin deyir: "Bunu (Quranı) ona bir insan öyrədir və başqa cür ola bilməz. (Əslində belə deyil, çünki) onun (Quranın) aid edildiyi kəsin dili qeyri-ərəbi və yetərsizdir. Halbuki bu, (Quran) aydın ərəb dilindədir.”
Nöqtələr
Kafirlər iddia edirdilər ki, Məkkədə yaşayan qeyri-ərəb bir şəxs Peyğəmbəri (s) öyrədir və öz dediklərini Allaha aid edir. Amma onlar müəyyən sualları cavabsız qoyurdular:
- Bir-birinin dilini bilməyən iki nəfər necə ünsiyyətdə ola bilər?
- Nə üçün həmin dövrdə kimsə Peyğəmbərə (s) nəsə öyrətdiyini iddia etmirdi?
- Necə ola bilər ki, 23 il ərzində müxtəlif şəraitlərdə nazil olmuş ayələr arasında heç bir ziddiyyət olmasın?
- Nə üçün nəzərdə tutulan kəs özü peyğəmbərlik iddiasına düşməmişdir?
- Nə üçün Quranın "oxşar bir surə gətirin” çağırışına bu günədək kimsə cavab verməmişdir?
- Cahiliyyət dövründə deyilmiş hansısa sözlərin bu gün də alimlər tərəfindən araşdırılıb başa çatmamasını necə izah etmək olar?
- Necə ola bilər ki, ərəblər tərəfindən oxşarı gətirilməyən surələr qeyri-ərəb tərəfindən öyrədilmiş olsun?
Bildirişlər
1. Quran möminlərin düşüncəsini işıqlandırmaq üçün müxaliflərin iradlarını bu iradlara cavabla birlikdə nəql edir.
2. "Eşidilməyən bilinməz” məntiqi düzgün məntiq deyil.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 103-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 103-cü ayəsi nə haqqındadır?
Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!
Ən-Nəhl surəsi 103-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 103-cü ayənin təfsiri nədir?
"Əlbəttə, Biz bilirik ki, sənin müxaliflərin deyir: "Bunu (Quranı) ona bir insan öyrədir və başqa cür ola bilməz. (Əslində belə deyil, çünki) onun (Quranın) aid edildiyi kəsin dili qeyri-ərəbi və yetərsizdir. Halbuki bu, (Quran) aydın ərəb dilindədir.”NöqtələrKafirlər iddia edirdilər ki, Məkkədə yaşayan qeyri-ərəb bir şəxs Peyğəmbəri (s) öyrədir və öz dediklərini Allaha aid edir. Amma onlar müəyyən sualları cavabsız qoyurdular:- Bir-birinin dilini bilməyən iki nəfər necə ünsiyyətdə ola bilər?- N...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.