Ən-Nəhl surəsi · 105-ci ayə

(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Şübhəsiz, yalanı yalnız ilahi ayələrə iman gətirməyənlər uydururlar. Onlar özləri yalançıdırlar.”
Nöqtələr
Ötən iki ayədə kafirlərin Peyğəmbərə (s) qarşı böhtanlarından danışıldı. Kafirlər deyirdilər ki, bu ayələri ona bəşər öyrədib və o bu sözləri yalandan Allaha aid edir. Onlara cavab olaraq buyuruldu: "Həmin şəxs ərəb deyil, bundan əlavə, Allah kafirə ilahi maarif təlim etməz.” Bu ayədə isə belə buyurulur: "Peyğəmbər başqalarının sözünü Allaha aid edən deyil və bu iş iman gətirməyənlərin işidir.
Quran buyurur: "Əgər bir sözü yalan olaraq Bizə aid etsə, onun həyat damarlarını (belə) qət edərik.”
"Təfsiri-Dürrül-Mənsur” və "Təfsiri-Əl-Mizan”da nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: "Mömindən zina və oğurluq baş verə bilər, yalan isə yox!” Sonra həzrət bu ayəni tilavət etmişdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 105-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 105-ci ayəsi nə haqqındadır?
(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Ən-Nəhl surəsi 105-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 105-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 105-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 105-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 105-ci ayənin təfsiri nədir?
"Şübhəsiz, yalanı yalnız ilahi ayələrə iman gətirməyənlər uydururlar. Onlar özləri yalançıdırlar.”NöqtələrÖtən iki ayədə kafirlərin Peyğəmbərə (s) qarşı böhtanlarından danışıldı. Kafirlər deyirdilər ki, bu ayələri ona bəşər öyrədib və o bu sözləri yalandan Allaha aid edir. Onlara cavab olaraq buyuruldu: "Həmin şəxs ərəb deyil, bundan əlavə, Allah kafirə ilahi maarif təlim etməz.” Bu ayədə isə belə buyurulur: "Peyğəmbər başqalarının sözünü Allaha aid edən deyil və bu iş iman gətirməyənlərin işidi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.