Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 18. Sürə

Əl-Kəhf ‏ surəsi

18. surə 110 ayə Məkkə Tam tərcümə

Əl-Kəhf ‏ surəsi Ayələri

Toplam 110 ayə · Azərbaycan dilində
Tam tərcümə
1
Əl-Kəhf ‏ surəsi · Ayə 1
Quran-ı Kərim · Məkkə surəsi
Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.
Yüklə
2
Əl-Kəhf ‏ surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).
Yüklə
4
Əl-Kəhf ‏ surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!
Yüklə
5
Əl-Kəhf ‏ surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.
Yüklə
6
Əl-Kəhf ‏ surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
Yüklə
7
Əl-Kəhf ‏ surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik.
Yüklə
8
Əl-Kəhf ‏ surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.
Yüklə
9
Əl-Kəhf ‏ surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)
Yüklə
10
Əl-Kəhf ‏ surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
(Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör».
Yüklə
12
Əl-Kəhf ‏ surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.
Yüklə
13
Əl-Kəhf ‏ surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
Yüklə
14
Əl-Kəhf ‏ surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.
Yüklə
15
Əl-Kəhf ‏ surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
Yüklə
16
Əl-Kəhf ‏ surəsi · Ayə 16
Quran-ı Kərim · Məkkə surəsi
Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»
Yüklə
17
Əl-Kəhf ‏ surəsi · Ayə 17
Quran-ı Kərim · Məkkə surəsi
Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.
Yüklə
18
Əl-Kəhf ‏ surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.
Yüklə
19
Əl-Kəhf ‏ surəsi · Ayə 19
Quran-ı Kərim · Məkkə surəsi
Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».
Yüklə
20
Əl-Kəhf ‏ surəsi · Ayə 20
Quran-ı Kərim · Məkkə surəsi
«Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».
Yüklə
21
Əl-Kəhf ‏ surəsi · Ayə 21
Quran-ı Kərim · Məkkə surəsi
Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
Yüklə
22
Əl-Kəhf ‏ surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Qur’anın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!
Yüklə
23
Əl-Kəhf ‏ surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır.)
Yüklə
24
Əl-Kəhf ‏ surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a b təkamülə və haqqa doğru yönəltsin.»
Yüklə
25
Əl-Kəhf ‏ surəsi · Ayə 25
Quran-ı Kərim · Məkkə surəsi
Və (Əshabi-Kəhf öz) mağaralarında (yuxuda birbaşa) üç yüz (qəməri) il(i) qaldılar və doqquz (qəməri) il(i də üstünə) artırdılar (ki, üç yüz günəş ili oldu).
Yüklə
26
Əl-Kəhf ‏ surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
(Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıları yoxdur və O Özünün (göylərə və yerə olan) hakimiyyətinə heç kəsi şərik etmir».
Yüklə
27
Əl-Kəhf ‏ surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
Və Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu və ya Qur’anı və onun kəlmə və mənalarını) dəyişdirən yoxdur və heç vaxt Ondan başqa bir sığınacaq və pənah yeri tapmayacaqsan.
Yüklə
28
Əl-Kəhf ‏ surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!
Yüklə
29
Əl-Kəhf ‏ surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!»
Yüklə
30
Əl-Kəhf ‏ surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
Yüklə
31
Əl-Kəhf ‏ surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!
Yüklə
32
Əl-Kəhf ‏ surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
Və onlara birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (hər iki bağın) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və o ikisinin arasını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək.
Yüklə
33
Əl-Kəhf ‏ surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.
Yüklə
34
Əl-Kəhf ‏ surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
Və o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə (təkəbbür və haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür.»
Yüklə
35
Əl-Kəhf ‏ surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
(Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm.»
Yüklə
36
Əl-Kəhf ‏ surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
«Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam».
Yüklə
37
Əl-Kəhf ‏ surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
Yüklə
39
Əl-Kəhf ‏ surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».
Yüklə
40
Əl-Kəhf ‏ surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
«Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin və göydən sənin bağına (məhv edən) dolular göndərsin, nəticədə o, otsuz və sürüşkən hamar bir torpağa çevrilsin.»
Yüklə
42
Əl-Kəhf ‏ surəsi · Ayə 42
Quran-ı Kərim · Məkkə surəsi
(Nəhayət o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur və (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»
Yüklə
43
Əl-Kəhf ‏ surəsi · Ayə 43
Quran-ı Kərim · Məkkə surəsi
Allahdan başqa ona kömək edəcək kəslər yox idi və özü də özünə kömək etmək qüdrətinə malik deyildi.
Yüklə
44
Əl-Kəhf ‏ surəsi · Ayə 44
Quran-ı Kərim · Məkkə surəsi
Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
Yüklə
45
Əl-Kəhf ‏ surəsi · Ayə 45
Quran-ı Kərim · Məkkə surəsi
Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»
Yüklə
46
Əl-Kəhf ‏ surəsi · Ayə 46
Quran-ı Kərim · Məkkə surəsi
Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.
Yüklə
47
Əl-Kəhf ‏ surəsi · Ayə 47
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.
Yüklə
48
Əl-Kəhf ‏ surəsi · Ayə 48
Quran-ı Kərim · Məkkə surəsi
Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
Yüklə
49
Əl-Kəhf ‏ surəsi · Ayə 49
Quran-ı Kərim · Məkkə surəsi
Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir.
Yüklə
50
Əl-Kəhf ‏ surəsi · Ayə 50
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
Yüklə
51
Əl-Kəhf ‏ surəsi · Ayə 51
Quran-ı Kərim · Məkkə surəsi
Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
Yüklə
52
Əl-Kəhf ‏ surəsi · Ayə 52
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
Yüklə
53
Əl-Kəhf ‏ surəsi · Ayə 53
Quran-ı Kərim · Məkkə surəsi
Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.
Yüklə
54
Əl-Kəhf ‏ surəsi · Ayə 54
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən bu Qur’anda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.
Yüklə
55
Əl-Kəhf ‏ surəsi · Ayə 55
Quran-ı Kərim · Məkkə surəsi
İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.
Yüklə
56
Əl-Kəhf ‏ surəsi · Ayə 56
Quran-ı Kərim · Məkkə surəsi
Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Qur’anı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
Yüklə
57
Əl-Kəhf ‏ surəsi · Ayə 57
Quran-ı Kərim · Məkkə surəsi
Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar.
Yüklə
58
Əl-Kəhf ‏ surəsi · Ayə 58
Quran-ı Kərim · Məkkə surəsi
Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .
Yüklə
59
Əl-Kəhf ‏ surəsi · Ayə 59
Quran-ı Kərim · Məkkə surəsi
O cəmiyyətləri (Nuhun, Hudun, Salehin və Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik və (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq.
Yüklə
60
Əl-Kəhf ‏ surəsi · Ayə 60
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».
Yüklə
61
Əl-Kəhf ‏ surəsi · Ayə 61
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
Yüklə
62
Əl-Kəhf ‏ surəsi · Ayə 62
Quran-ı Kərim · Məkkə surəsi
Elə ki, (o yerdən) keçdilər (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən bu səfərimizdə çox əziyyət(lər) gördük».
Yüklə
63
Əl-Kəhf ‏ surəsi · Ayə 63
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»
Yüklə
64
Əl-Kəhf ‏ surəsi · Ayə 64
Quran-ı Kərim · Məkkə surəsi
Musa dedi: «Bu (balıq məsələsi), bizim axtardığımız həmin şey(in əlaməti)dir». Onlar axtara-axtara gəldikləri yolun izi ilə geriyə qayıtdılar.
Yüklə
65
Əl-Kəhf ‏ surəsi · Ayə 65
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
Yüklə
66
Əl-Kəhf ‏ surəsi · Ayə 66
Quran-ı Kərim · Məkkə surəsi
Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»
Yüklə
68
Əl-Kəhf ‏ surəsi · Ayə 68
Quran-ı Kərim · Məkkə surəsi
(Axı sən batin və həqiqətini) bilmədiyin (zahiri çirkin və ağıla zidd görünən) bir şeyə necə səbr edə bilərsən?»
Yüklə
69
Əl-Kəhf ‏ surəsi · Ayə 69
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «Tezliklə, Allahın istəyi ilə məni(m) səbrli (olduğumu) görəcəksən və heç bir əmrində sənə itaətsizlik etməyəcəyəm.»
Yüklə
70
Əl-Kəhf ‏ surəsi · Ayə 70
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
Yüklə
71
Əl-Kəhf ‏ surəsi · Ayə 71
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, gəmiyə mindilər (Xızr balta ilə) onu deşdi. Musa dedi: «Gəmini deşdin ki, onun adamlarını suda qərq edəsən?! Doğrudan da böyük bir faciə törətdin!»
Yüklə
73
Əl-Kəhf ‏ surəsi · Ayə 73
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «Məni unutduğum şeyə (bir şey soruşmamaq barəsində verdiyim vədi unutduğuma) görə məzəmmət etmə və məni işimdə məşəqqət və çətinliyə vadar etmə.»
Yüklə
74
Əl-Kəhf ‏ surəsi · Ayə 74
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»
Yüklə
76
Əl-Kəhf ‏ surəsi · Ayə 76
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, daha mənimlə yoldaşlıq etmə. Çünki həqiqətən mənim yanımda (qəbul olunan) üzrün var.»
Yüklə
77
Əl-Kəhf ‏ surəsi · Ayə 77
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»
Yüklə
78
Əl-Kəhf ‏ surəsi · Ayə 78
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»
Yüklə
79
Əl-Kəhf ‏ surəsi · Ayə 79
Quran-ı Kərim · Məkkə surəsi
Gəmiyə gəldikdə: O, dənizdə işləyən yoxsulların idi. Mən onu nöqsanlı etmək istədim, çünki onların yolunun üstündə bütün (salamat) gəmiləri zorla ələ keçirən bir padşah var idi.
Yüklə
80
Əl-Kəhf ‏ surəsi · Ayə 80
Quran-ı Kərim · Məkkə surəsi
O yeniyetmə oğlana gəldikdə isə: (O, kafir və azğın,) ata-anası (isə) mömin idilər. Buna görə də, onun o ikisini (ata-anasını əməldə) azğınlığa və (etiqadda) küfrə vadar etməsindən qorxduq.
Yüklə
81
Əl-Kəhf ‏ surəsi · Ayə 81
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.
Yüklə
82
Əl-Kəhf ‏ surəsi · Ayə 82
Quran-ı Kərim · Məkkə surəsi
Divara gəldikdə isə: O, şəhərdə olan iki yetim yeniyetmə oğlanın idi və onun altında o ikisi üçün bir xəzinə var idi. Onların ataları da yaxşı əməl sahibi olmuş şəxs idi. Beləliklə sənin Rəbbin o ikisinə qarşı mərhəmətli olduğu üçün, o ikisinin həddi-büluğa yetişmələrini və öz xəzinələrini çıxarmalarını istədi. Və mən bunu öz istəyimlə etmədim. (Sənə danışdığım) bu (sirlər), səbr edə bilmədiyin əhvalatların yozumudur».
Yüklə
83
Əl-Kəhf ‏ surəsi · Ayə 83
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar, de: «Tezliklə sizin üçün onun barəsində (Qur’andan) ayələr oxuyacağam.»
Yüklə
84
Əl-Kəhf ‏ surəsi · Ayə 84
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq.
Yüklə
86
Əl-Kəhf ‏ surəsi · Ayə 86
Quran-ı Kərim · Məkkə surəsi
Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan.»
Yüklə
87
Əl-Kəhf ‏ surəsi · Ayə 87
Quran-ı Kərim · Məkkə surəsi
Dedi: «(Özünə) zülm edən (və küfr və şirkdə qalan) şəxsə gəlincə, ona tezliklə (öldürməklə) əzab verəcəyik. O, sonra öz Rəbbinə tərəf qaytarılacaqdır. Beləliklə (Rəbbi də) ona misli görünməmiş bir əzab verəcəkdir.»
Yüklə
88
Əl-Kəhf ‏ surəsi · Ayə 88
Quran-ı Kərim · Məkkə surəsi
«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»
Yüklə
90
Əl-Kəhf ‏ surəsi · Ayə 90
Quran-ı Kərim · Məkkə surəsi
Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.
Yüklə
91
Əl-Kəhf ‏ surəsi · Ayə 91
Quran-ı Kərim · Məkkə surəsi
(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.
Yüklə
93
Əl-Kəhf ‏ surəsi · Ayə 93
Quran-ı Kərim · Məkkə surəsi
Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
Yüklə
94
Əl-Kəhf ‏ surəsi · Ayə 94
Quran-ı Kərim · Məkkə surəsi
Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yə’cuc və Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
Yüklə
95
Əl-Kəhf ‏ surəsi · Ayə 95
Quran-ı Kərim · Məkkə surəsi
(Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
Yüklə
96
Əl-Kəhf ‏ surəsi · Ayə 96
Quran-ı Kərim · Məkkə surəsi
Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin.»
Yüklə
97
Əl-Kəhf ‏ surəsi · Ayə 97
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə (Yə’cuc və Mə’cuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
Yüklə
98
Əl-Kəhf ‏ surəsi · Ayə 98
Quran-ı Kərim · Məkkə surəsi
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»
Yüklə
99
Əl-Kəhf ‏ surəsi · Ayə 99
Quran-ı Kərim · Məkkə surəsi
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yə’cuc ilə Mə’cucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).
Yüklə
102
Əl-Kəhf ‏ surəsi · Ayə 102
Quran-ı Kərim · Məkkə surəsi
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
Yüklə
103
Əl-Kəhf ‏ surəsi · Ayə 103
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»
Yüklə
104
Əl-Kəhf ‏ surəsi · Ayə 104
Quran-ı Kərim · Məkkə surəsi
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
Yüklə
105
Əl-Kəhf ‏ surəsi · Ayə 105
Quran-ı Kərim · Məkkə surəsi
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
Yüklə
106
Əl-Kəhf ‏ surəsi · Ayə 106
Quran-ı Kərim · Məkkə surəsi
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
Yüklə
109
Əl-Kəhf ‏ surəsi · Ayə 109
Quran-ı Kərim · Məkkə surəsi
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
Yüklə
110
Əl-Kəhf ‏ surəsi · Ayə 110
Quran-ı Kərim · Məkkə surəsi
De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»
Yüklə
18. Sürə

Əl-Kəhf ‏ surəsi

18 110 ayə Məkkə

Əl-Kəhf ‏ surəsi Ayələri

110 ayə · Azərbaycan dilində
Tam
1
Əl-Kəhf ‏ surəsi · Ayə 1
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Əl-Kəhf ‏ surəsi

Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimdə 18. surədir və 110 ayədən ibarətdir.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə18 / 114

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi surəsi haqqında suallar və cavablar

Kəhf surəsi neçə ayədən ibarətdir?
Kəhf surəsi Quran-ı Kərimin 18-ci surəsidir və 110 ayədən ibarətdir.
Kəhf surəsi harada nazil olub?
Kəhf surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 18-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Kəhf surəsi nə haqqındadır?
Kəhf surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110 ayədən ibarətdir.
Kəhf surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Kəhf surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Kəhf surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Kəhf surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Kəhf surəsi Quranın hansı hissəsindədir?
Kəhf surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Kəhf surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.