Ən-Nəhl surəsi · 14-cü ayə

Və təzə ət yeməyiniz və geyindiyiniz (lə’l və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Dənizdən təzə ət yeməyiniz, taxmaq üçün zinət şeyləri çıxarmağınız üçün onu sizə ram edən Allahdır. Dənizin sinəsini yarıb gəmilərin getdiyini görürsən. (Allah bu cür etdi ki,) Onu fəzl və lütfünü arayasınız və bəlkə, (bundan sonra) şükür edəsiniz.”
Nöqtələr
İnsanın həyatında dənizin mühüm rolu var. Dənizin suyu buxar, bulud və yağış qaynağıdır. Dənizin dibi insanı ən ləziz balıqlarla təmin edir, onun səthi ən ucuz nəqliyyat vasitəsidir. Bütün bunlar Allahın tədbir və qüdrəti sayəsində başa gəlir və insanın bu sahədə heç bir rolu yoxdur.
"Məvaxir” dedikdə sağdan və soldan yarmaq mənası anlaşılır.
Bildirişlər
1. Dənizlər bütün əzəmət və coşqunluğu ilə ram edilmiş və insanın xidmətinə verilmişdir.
2. Dəniz təzə və sağlam ətlə təmin edən ən mühüm mənbədir.
3. Allah insanın təkcə su və qida kimi ilkin ehtiyaclarını yox, həm də zinət istəklərini belə təmin etmişdir.
4. Dəniz ən üstün təbii zinətləri insana hədiyyə edir.
5. Ümumi qanuna əsasən, haramlığına xüsusi dəlil olmayan dəniz heyvanı halal sayılır.
6. Ətin təzəliyi də bir dəyərdir.
7. İnsan çalışmalı olsa da, ruzi verən Allahdır.
8. Ləzzətlər də məqsədli olmalıdır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 14-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 14-cü ayəsi nə haqqındadır?
Və təzə ət yeməyiniz və geyindiyiniz (lə’l və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.
Ən-Nəhl surəsi 14-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 14-cü ayənin təfsiri nədir?
"Dənizdən təzə ət yeməyiniz, taxmaq üçün zinət şeyləri çıxarmağınız üçün onu sizə ram edən Allahdır. Dənizin sinəsini yarıb gəmilərin getdiyini görürsən. (Allah bu cür etdi ki,) Onu fəzl və lütfünü arayasınız və bəlkə, (bundan sonra) şükür edəsiniz.”Nöqtələrİnsanın həyatında dənizin mühüm rolu var. Dənizin suyu buxar, bulud və yağış qaynağıdır. Dənizin dibi insanı ən ləziz balıqlarla təmin edir, onun səthi ən ucuz nəqliyyat vasitəsidir. Bütün bunlar Allahın tədbir və qüdrəti sayəsində başa gəlir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.