And olsun çıxmaqda və batmaqda olan ulduza. [Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Qur’anın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.]
Quran-ı Kərim · 53. Sürə
Ən-Nəcm surəsi
Ən-Nəcm surəsi Ayələri
Toplam 62 ayə · Azərbaycan dilində
Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.
O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.
Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.
Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.
(Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.
(Yerdən) üstün üfüqdə olduğu halda.
Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.
Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.
Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.
(Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.
Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!
Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.
(Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.
Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman
(Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.
Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.
Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.
Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
(Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?
Belə olan halda bu bölgü zalımanədir!
(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.
Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!
(Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).
Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).
Həqiqətən axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).
Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.
Buna görə də Bizi yad etməkdən (və Bizim Qur'anımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).
Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.
Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
(Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?
Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?
Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi –malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!
Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?
Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?
(Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.»
Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.
Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.
Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.
(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.
Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.
(Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.
Həmçinin erkək və dişi cütlərini yaradan Odur.
Uşaqlığa tökülən zaman, nütfədən!
Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (də) Odur.
(Bəzi müşriklərin ibadət etdikləri) Şi’ranın (Şi’ra ulduzunun da) Rəbbi Odur.
(Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.
Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.
Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).
Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!
Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağışı və sairədən) bürüyən bürüdü.
(Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!
Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
(Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.
Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!
Və gülürsünüz, ağlamırsınız?!
Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!
Allaha səcdə və ibadət edin!
53. Sürə
Ən-Nəcm surəsi
Ən-Nəcm surəsi Ayələri
62 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Ən-Nəcm surəsi
Ən-Nəcm surəsi Quran-ı Kərimdə 53. surədir və 62 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə53 / 114
Tez-tez Verilən Suallar
Ən-Nəcm surəsi surəsi haqqında suallar və cavablar
Nəcm surəsi neçə ayədən ibarətdir?
Nəcm surəsi Quran-ı Kərimin 53-ci surəsidir və 62 ayədən ibarətdir.
Nəcm surəsi harada nazil olub?
Nəcm surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 53-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Nəcm surəsi nə haqqındadır?
Nəcm surəsi Quran-ı Kərimin 53-ci surəsidir. Bu surə Məkkəvi surədir və 62 ayədən ibarətdir.
Nəcm surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Nəcm surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Nəcm surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Nəcm surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Nəcm surəsi Quranın hansı hissəsindədir?
Nəcm surəsi Quran-ı Kərimin 53-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Nəcm surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.