«Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz olan işlər və hallar,
Quran-ı Kərim · 69. Sürə
Əl-Haqqə surəsi
Əl-Haqqə surəsi Ayələri
Toplam 52 ayə · Azərbaycan dilində
O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)
Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).
Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.
Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.
Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.
(Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.
İndi sən onlardan heç qalanını görürsənmi?!
Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).
Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.
Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.
Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.
Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),
Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.
Beləliklə, (məhz) o gün Qiyamət qopar.
Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.
Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.
O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.
Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».
«Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».
Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.
Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)
Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).
Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).
Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»
«Və hesabımın nə olduğunu bilməyəydim».
«Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».
«Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».
«Qüdrətim və səltənətim (və iddialarımın dəlil – sübutu da) əlimdən çıxdı».
(Əmr yetişər:) «Onu tutun və qandallayın».
«Sonra da onu şölələnmiş oda atıb yandırın!».
«Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».
«Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».
«Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».
Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.
(Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.
O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.
Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,
Və görmədiklərinizə (qeybi mövcudlara) ki,
Bu (Qur’an) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.
Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!
Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.
(Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,
Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.
Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.
Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.
Və həqiqətən, bu (Qur’an) təqvalılar üçün bir öyüd-nəsihətdir.
Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.
Bu (Qur’an) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.
Və həqiqətən, bu (Qur’an) yəqin (gerçək) bir haqdır və həqiqətdir.
Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).
69. Sürə
Əl-Haqqə surəsi
Əl-Haqqə surəsi Ayələri
52 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Əl-Haqqə surəsi
Əl-Haqqə surəsi Quran-ı Kərimdə 69. surədir və 52 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə69 / 114
Tez-tez Verilən Suallar
Əl-Haqqə surəsi surəsi haqqında suallar və cavablar
Haqqə surəsi neçə ayədən ibarətdir?
Haqqə surəsi Quran-ı Kərimin 69-ci surəsidir və 52 ayədən ibarətdir.
Haqqə surəsi harada nazil olub?
Haqqə surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 69-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Haqqə surəsi nə haqqındadır?
Haqqə surəsi Quran-ı Kərimin 69-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52 ayədən ibarətdir.
Haqqə surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Haqqə surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Haqqə surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Haqqə surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Haqqə surəsi Quranın hansı hissəsindədir?
Haqqə surəsi Quran-ı Kərimin 69-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Haqqə surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.