Ən-Nəhl surəsi · 76-cı ayə

Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah iki kişi haqqında misal çəkir: Onlardan biri heç nəyə qadir olmayan laldır, öz ağasına yükdür, hara göndərirsə, bir fayda vermir. Beləsi ədalət əsasında göstəriş verən, özü doğru yolla gedən kəslə bərabərdirmi?”
Bildirişlər
1. Əgər iki insanı eyni saymırsınızsa, nə üçün Xaliqlə məxluqu bərabər tutursunuz?
2. Sual və məsəl yolu ilə xalqın vicdanını oyadın, onları düşüncəyə vadar edin.
3. Şirkin kökü cəhalətdir.
4. Azadlıq ilahi bir nemətdir.
5. Yaxşı ruzi həm də infaq olunursa gözəldir. Danışan dil ədalətə çağırdıqda dəyərli olur.
6. Gizli infaq aşkar infaqdan üstündür.
7. Dil ruzinin açarıdır.
8. «Əmr be məruf» (yaxşılığa əmr) düzgün yola yönəltdikdə təsirli olur.
9. Mülk sahibi olanların da bir şeyi yoxdur, onlar da ilahi ruzi sayəsində rifaha çatmışlar.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 76-cı ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 76-cı ayəsi nə haqqındadır?
Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayi...
Ən-Nəhl surəsi 76-cı ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 76-cı ayənin təfsiri nədir?
"Allah iki kişi haqqında misal çəkir: Onlardan biri heç nəyə qadir olmayan laldır, öz ağasına yükdür, hara göndərirsə, bir fayda vermir. Beləsi ədalət əsasında göstəriş verən, özü doğru yolla gedən kəslə bərabərdirmi?”Bildirişlər1. Əgər iki insanı eyni saymırsınızsa, nə üçün Xaliqlə məxluqu bərabər tutursunuz?2. Sual və məsəl yolu ilə xalqın vicdanını oyadın, onları düşüncəyə vadar edin.3. Şirkin kökü cəhalətdir.4. Azadlıq ilahi bir nemətdir.5. Yaxşı ruzi həm də infaq olunursa gözəldir. Danışan ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.