Ən-Nəhl surəsi · 67-ci ayə

Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ 17.12.2025

"Siz xurma və üzüm ağaclarının meyvəsindən həm içki, həm də gözəl ruzi hazırlayırsınız. Əlbəttə, bu işdə düşünən qövm üçün aydın nişanələr var.”

Nöqtələr
"Sukr” dedikdə ağılın itirilməsi nəzərdə tutulur. "Səkər” isə "sukr” üçün mənşədir.
Ötən iki ayədə su və süd kimi iki təbii içkidən danışıldı. Bu ayədə meyvələrdən alınan içkilərə işarə olunur. Nə qədər ki, insan dünyanın işinə qatılmayıb, su və süd kimi lətif içkilər hasil olur. Elə ki, insan işə qatıldı, bəzən gözəl ruzi, bəzən isə fəsad törədən məstedici şərab hazırlanır.
Bildirişlər
1. Məstlik gətirən istənilən bir şey gözəl ruzi sayılmır.
2. Allah nə yaratmışsa gözəl yaratmışdır. Allahın yaratdıqlarından yaxşı və pis yolda istifadə etmək isə bizə aiddir.
3. Meyvələrin yaranışında diqqəti Allaha yönəldən nişanələr var: Meyvələrin rəngi, dadı, xüsusiyyətləri, qısamüddətli və uzunmüddətli faydaları, tərkibləri, insanın ehtiyaclarını ödəməsi, tədarük həddi, tədarük məhəlli ilə sakinləri arasındakı nisbət, insanın bu nemətləri əldə etməsi, bu nemətlərin əldə olunmasında istifadə edilən vasitələr.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 67-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 67-ci ayəsi nə haqqındadır?
Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.
Ən-Nəhl surəsi 67-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 67-ci ayənin təfsiri nədir?
"Siz xurma və üzüm ağaclarının meyvəsindən həm içki, həm də gözəl ruzi hazırlayırsınız. Əlbəttə, bu işdə düşünən qövm üçün aydın nişanələr var.”Nöqtələr"Sukr” dedikdə ağılın itirilməsi nəzərdə tutulur. "Səkər” isə "sukr” üçün mənşədir.Ötən iki ayədə su və süd kimi iki təbii içkidən danışıldı. Bu ayədə meyvələrdən alınan içkilərə işarə olunur. Nə qədər ki, insan dünyanın işinə qatılmayıb, su və süd kimi lətif içkilər hasil olur. Elə ki, insan işə qatıldı, bəzən gözəl ruzi, bəzən isə fəsad törədən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.