Ən-Nəhl surəsi · 38-ci ayə

Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Ən şiddətli şəkildə Allaha and içdilər ki, hər kəs ölərsə, Allah onu diriltməyəcək. Bəli, (ölülərin dirildiləcəyi) Allahın haqq vədidir. Amma xalqın çoxu bilməz.”
Nöqtələr
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, rəcət (İmam Mehdinin (ə) qiyamı dövründə bir dəstə insanın dirildilməsi) bu ayənin nümunələrindəndir. Amma şiə müxalifləri bu həqiqəti inkar edirlər.
Bildirişlər
1. And sədaqət və düzlük nişanəsi olmaya da bilər.
2. Cəhalət və küfrdən də pisi bu iki iş üzərində isrardır.
3. Tövhid məsələsini məad məsələsindən ayırmaq cahiliyyətə aid əqidədir.
4. Qiyamət və ilahi vəd yeri cəza və mükafat üçündür.
5. Qiyamətdə ölülərin dirildilməsi həqiqətdir.
6. Məadı inkar etməyin kökü cəhalətdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 38-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 38-ci ayəsi nə haqqındadır?
Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bil...
Ən-Nəhl surəsi 38-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 38-ci ayənin təfsiri nədir?
"Ən şiddətli şəkildə Allaha and içdilər ki, hər kəs ölərsə, Allah onu diriltməyəcək. Bəli, (ölülərin dirildiləcəyi) Allahın haqq vədidir. Amma xalqın çoxu bilməz.”Nöqtələrİmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, rəcət (İmam Mehdinin (ə) qiyamı dövründə bir dəstə insanın dirildilməsi) bu ayənin nümunələrindəndir. Amma şiə müxalifləri bu həqiqəti inkar edirlər.Bildirişlər1. And sədaqət və düzlük nişanəsi olmaya da bilər.2. Cəhalət və küfrdən də pisi bu iki iş üzərində isrardır.3. Tövhid...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.