Ən-Nəhl surəsi · 115-ci ayə

Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 115
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"(Allah) yalnız murdarı (murdar olmuş əti), qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsiləni sizə haram buyurmuşdur. Bunlardan yeməyə məcbur olan şəxs itaətsizlik göstərməsə və həddi aşmasa (zəruri həddə yeyə bilər). Çünki Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Bu ayə azca fərqlə "Ənam” və "Nəhl” kimi Məkkə, "Bəqərə” və "Maidə” kimi Mədinə ayələrində də təkrarlanmışdır.
"Həlal” sözündən olan "ihlal” sözü ayı görən zaman səsin qaldırılması mənasını bildirir. Müşriklər heyvanları kəsərkən bütlərin adını çəkirdilər. Bu iş "ihlal” kimi ifadə olunmuşdur.
Bu ayədə bəzi haram qidalar sadalansa da, ayə bütünlüklə haramlara aid deyil. Ayədə Peyğəmbərin (s) Quran tərəfindən tapşırılmış bəzi bəyanlarını da qəbul etməliyik.
Bildirişlər
1. Bir şeyi yalnız Allah haram edə bilər. Kimsə özbaşına, xurafat əsasında halalı haram, haramı halal saya bilməz.
2. Bəzi şeylərin haram buyurulmasında məqsəd onların sağlamlıq üçün təhlükəli olması yox, şirk kimi mənəvi çirkinliklə nəticələnməsidir.
3. İnsanın qidalanması da tövhid əsasında olmalıdır.
4. İlahi qanunlardan sui-istifadə etməyin.
5. İslamda çıxılmaz vəziyyət yoxdur. İnsan bir işə məcbur olduqda günahının cəzası bağışlanır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 115-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 115-ci ayəsi nə haqqındadır?
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
Ən-Nəhl surəsi 115-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 115-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 115-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 115-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 115-ci ayənin təfsiri nədir?
"(Allah) yalnız murdarı (murdar olmuş əti), qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsiləni sizə haram buyurmuşdur. Bunlardan yeməyə məcbur olan şəxs itaətsizlik göstərməsə və həddi aşmasa (zəruri həddə yeyə bilər). Çünki Allah bağışlayan və mehribandır.”NöqtələrBu ayə azca fərqlə "Ənam” və "Nəhl” kimi Məkkə, "Bəqərə” və "Maidə” kimi Mədinə ayələrində də təkrarlanmışdır."Həlal” sözündən olan "ihlal” sözü ayı görən zaman səsin qaldırılması mənasını bildirir. Müşriklər heyvanları kəsərkə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.