Ən-Nəhl surəsi · 117-ci ayə

(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır. 118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"(Bütün iftiraların səbəbi dünya əldə etməkdir.) Bu, cüzi bir bəhrədir və onlar üçün dərdli bir əzab vardır.”
Nöqtələr
Bu iki ayədə ilahi qanunlara əsaslanmayan istənilən bir qadağa məhkum olunur və Allaha iftira sayılır. Bu sayaq iftiraların səbəbi dəyərsiz dünya malı əldə etməkdir.
Bildirişlər
1. Halal-haramlara münasibətdə yersiz və əsassız nəzərlərimizi izhar etməyək. (Ya müctehid olaq, ya da müctehidə — din aliminə təqlid edək.)
2. Dində və dinin hökmlərində bidət (özbaşına yenilik) qadağandır.
3. Yalançı nicat tapmaz.
4. Dində bir çox bidətlərin səbəbi dünya matahı əldə etməkdir.
5. Halal-haram hədlərini pozmağın həm dünya, həm axirət əzabı var.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 117-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 117-ci ayəsi nə haqqındadır?
(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır. 118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Ən-Nəhl surəsi 117-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 117-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 117-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 117-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 117-ci ayənin təfsiri nədir?
"(Bütün iftiraların səbəbi dünya əldə etməkdir.) Bu, cüzi bir bəhrədir və onlar üçün dərdli bir əzab vardır.”NöqtələrBu iki ayədə ilahi qanunlara əsaslanmayan istənilən bir qadağa məhkum olunur və Allaha iftira sayılır. Bu sayaq iftiraların səbəbi dəyərsiz dünya malı əldə etməkdir.Bildirişlər1. Halal-haramlara münasibətdə yersiz və əsassız nəzərlərimizi izhar etməyək. (Ya müctehid olaq, ya da müctehidə — din aliminə təqlid edək.)2. Dində və dinin hökmlərində bidət (özbaşına yenilik) qadağandır.3...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.