Ən-Nəhl surəsi · 90-cu ayə

Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 90
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Həqiqətən, Allah ədaləti, ehsanı və qohumlara (haqqını) verməyi əmr edib. Allah çirkin, bəyənilməmiş işləri, təcavüzü qadağan edir. O sizə moizə edir. Ola bilsin ki, agah olasınız.”
Nöqtələr
Bu ayə İslamın bütün dünyaya ünvanlanmış bəyanatıdır. İmam Baqir (ə) bu ayəni cümə namazının xütbələrində oxuyardı. "Təfsiri-Safi”də deyilir ki, Quran təkcə bu ayədən ibarət olsaydı, yenə deyə bilərdik ki, bu kitab hər şeyi aydınladır. Bu ayənin göstərişləri bütün dinlərdə olmuşdur və heç vaxt nəsx edilməmişdir (dayandırılmamışdır).
Vəlid ibn Muğeyrə bu ayənin təsiri altında dedi: "Bu ayə o qədər şirin, gözəl və dəyərlidir ki, bəşər sözü sayıla bilməz.” Osman ibn Məzun deyir: "Bu ayəni eşidən vaxt İslam bütün canıma nüfuz etdi, qəlbimə oturdu.”
"Ədl” dediklə bərabərliyi bəsirətlə dərk olunan, "idl” dedikdə bərabərliyi hisslə duyulan həqiqət başa düşülür.”Ədl” cəzada bərabərlik, "ehsan” isə mükafatı artırmaqdır. "Ədl” dedikdə ifrat və təfritdən uzaqlıq anlaşılır. Bu məsələ həm əqidələrdə, həm də şəxsi və ictimai rəftarlarda özünə yer tapmışdır. Bu ayə həm fərdə, həm də hökumətlərə ünvanlanmışdır.
"Ədl” yaranış nizamında sabitlik rəmzidir. Bu söz təşrii (şəriət) nizamında bütün peyğəmbərlərin dəvətinin sərlövhəsidir.
"Ehsan” maddi, elmi, mədəni, qəlblə bağlı yardımları göstərən mübarək sözdür. "Fəhşa” dedikdə böyük və rüsvay edən günah başa düşülür. "Munkər” isə ağıl, fitrət və şəriətin inkar etdiyi işdir.
"Fi-zilal” təfsirində bildirilir ki, zalım qüvvələr öz pozucu təbliğatları ilə xalqın nəzərində günahı adiləşdirsələr, şəri ölçü götürmək qanuni olacaq.
Bildirişlər
1. İnsanı ədalət və ehsana çağıran Allah Özü ədalətsiz ola bilərmi?!
2. Ədalət və ehsan yanaşı olduqda cazibəlidir. Quru qanunlar isə qəlblərdə həvəs oyatmır. (Ədalət vacib, ehsan isə müstəhəbdir.)
3. Yaxşılığa əmr etməkdə, pisliyə qadağa qoymaqda Allah birincidir.
4. Ehsanda qohumlar öndə gəlir.
5. «Əmr be məruf» «nəhy əz munkər»dən, ədalət ehsandan öndə gəlir.
6. «Əmr be məruf», «nəhy əz munkər» (yaxşılığa əmr və pisliyə qadağa) məhəbbət fəzasında, moizə və xeyirxahlıq qəlibində olmalıdır.
7. Yaxşılığa əmr edənlər deyilənlərin yüz faiz qəbul olunmasını gözləməməlidirlər.
8. İnsanlarda ədalət və ehsana fitri meyl var. Onlar çirkin işlərə nifrət edirlər, amma vəsvəsələr və nəfs istəkləri onları yuxuya verir. Belə məqamlarda onları oyatmağa ehtiyac var.
9. «Əmr be məruf»da öncə vacib əmrlər bəyan olunduğu kimi, «nəhy əz munkərdə» də öncə ən çirkin günahların qarşısı alınmalıdır.
10. Ədalətə çağırış və pis işlərə qadağa qoyulması Allahın əbədi sünnəsidir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 90-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 90-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.
Ən-Nəhl surəsi 90-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 90-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 90-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 90-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 90-cu ayənin təfsiri nədir?
"Həqiqətən, Allah ədaləti, ehsanı və qohumlara (haqqını) verməyi əmr edib. Allah çirkin, bəyənilməmiş işləri, təcavüzü qadağan edir. O sizə moizə edir. Ola bilsin ki, agah olasınız.”NöqtələrBu ayə İslamın bütün dünyaya ünvanlanmış bəyanatıdır. İmam Baqir (ə) bu ayəni cümə namazının xütbələrində oxuyardı. "Təfsiri-Safi”də deyilir ki, Quran təkcə bu ayədən ibarət olsaydı, yenə deyə bilərdik ki, bu kitab hər şeyi aydınladır. Bu ayənin göstərişləri bütün dinlərdə olmuşdur və heç vaxt nəsx edilməmişd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.