Ən-Nəhl surəsi · 17-ci ayə

Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Məgər yaradan yaratmayan kimidir? Yoxsa öyrənmir, öyüd götürmürsünüz?”
Nöqtələr
"Nəhl” surəsinin hazırkı ayəyədək beş ayəsində ilahi nemətlər sadalanır. Bu ayədə ümumi bir nəticə əldə olunur və sual şəklində bəyan olunur ki, yaradan kəs yaratmaq qüdrəti olmayan bütlər və zalım qüvvələr kimi ola bilərmi? Hansı əsasla Allahın yox, uydurma məbudların sorağınca gedirsiniz?
Bildirişlər
1. Təbliğ prosesində cüzi məsələlərdən başlanılmalı, sonradan külli məsələlərə keçilməlidir. Əvvəlcə nümunələri bəyan edin, sonra ümumi nəticə çıxarın. Yalnız on beş ayədə Allahın nemətləri yada salındıqdan sonra Onun misilsiz Yaradan olması önə çəkilir.
2. Təbliğ zamanı qarşı tərəfin vicdanını mühakiməyə çəkin, ağıl və fitrətini oyadın.
3. Ağıl və vəhy bir-birinə uyğundur. Quran nə bəyan edirsə, ağıl onu bəyan edir.
4. Yaranış başa çatmamışdır, davam etməkdədir.
5. Bütün insanların daxilində allahşünaslıq və allahpərəstlik var. Bu meylləri oyatmaq üçün yalnız xatırlatmaq lazımdır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 17-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 17-ci ayəsi nə haqqındadır?
Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
Ən-Nəhl surəsi 17-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 17-ci ayənin təfsiri nədir?
"Məgər yaradan yaratmayan kimidir? Yoxsa öyrənmir, öyüd götürmürsünüz?”Nöqtələr"Nəhl” surəsinin hazırkı ayəyədək beş ayəsində ilahi nemətlər sadalanır. Bu ayədə ümumi bir nəticə əldə olunur və sual şəklində bəyan olunur ki, yaradan kəs yaratmaq qüdrəti olmayan bütlər və zalım qüvvələr kimi ola bilərmi? Hansı əsasla Allahın yox, uydurma məbudların sorağınca gedirsiniz?Bildirişlər1. Təbliğ prosesində cüzi məsələlərdən başlanılmalı, sonradan külli məsələlərə keçilməlidir. Əvvəlcə nümunələri bəyan e...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.