And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
Quran-ı Kərim · 52. Sürə
Ət-Tur surəsi
Ət-Tur surəsi Ayələri
Toplam 49 ayə · Azərbaycan dilində
Yazılmış kitaba (Qur’ana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
(Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!
Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
Və ucaldılmış tavana (göyə).
Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!
(Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.
Onu əsla heç kəs dəf edə bilməz.
O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.
Və bütün dağlar (toz kimi havada) gəzişəcək.
Odur ki, həmin gün vay təkzib edənlərin halına!
O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.
Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.
(Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.
Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!
Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.
Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.
(Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»
Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.
(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.
Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.
Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.
Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq.»
Beləliklə Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.
Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.
Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!
Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.
De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm).»
Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?
Yoxsa «bunu (Qur’anı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.
Buna görə də əgər (Qur’anın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Qur'an kimi) bir kəlam gətirsinlər.
Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!
Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyir,) əksinə, onların yəqinlikləri yoxdur.
Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?
Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.
(Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!
Yoxsa (ilahi tapşırıqların və dinin çatdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?
Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!
Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiyləylə məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).
Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.
Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.
Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.
Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməyəcəyi və kömək olunmayacaqları bir gün(ə)!
Şübhəsiz zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.
Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).
Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).
52. Sürə
Ət-Tur surəsi
Ət-Tur surəsi Ayələri
49 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Ət-Tur surəsi
Ət-Tur surəsi Quran-ı Kərimdə 52. surədir və 49 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə52 / 114
Tez-tez Verilən Suallar
Ət-Tur surəsi surəsi haqqında suallar və cavablar
Tur surəsi neçə ayədən ibarətdir?
Tur surəsi Quran-ı Kərimin 52-ci surəsidir və 49 ayədən ibarətdir.
Tur surəsi harada nazil olub?
Tur surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 52-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Tur surəsi nə haqqındadır?
Tur surəsi Quran-ı Kərimin 52-ci surəsidir. Bu surə Məkkəvi surədir və 49 ayədən ibarətdir.
Tur surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Tur surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Tur surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Tur surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Tur surəsi Quranın hansı hissəsindədir?
Tur surəsi Quran-ı Kərimin 52-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Tur surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.