Ən-Nəhl surəsi · 11-cü ayə

Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Allah həmin su vasitəsi ilə sizin üçün əkinəcəklər, zeytun, xurma, üzüm və hər növ meyvə cücərdir. Həqiqətən, düşünən insanlar üçün bu işdə aşkar nişanələr var.”
Nöqtələr
Müxtəlif meyvələr və otlar sırasından Allah zeytun, xurma və üzümü yada salır. Mütəxəssislərin nəzərincə, insan orqanizmi üçün zeytun, xurma və üzüm qədər faydalı meyvə çox azdır. Quranın "Nur” surəsinin 35-ci ayəsində zeytun "mübarək ağac” kimi xatırlanır və onun yağına işarə olunur.
Bildirişlər
1. Cücərtmək əkinçinin yox, Allahın işidir.
2. Müxtəlif növ otlar, ağaclar və meyvələr insan üçün yaradılmışdır.
3. Məhsul və bəhrə dayanacaq yox, keçid, məqsəd yox, yol göstəricisidir.
4. Görmək və bilmək bəs etmir, varlıq aləmi haqqında düşünmək zəruridir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 11-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 11-cü ayəsi nə haqqındadır?
Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
Ən-Nəhl surəsi 11-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 11-cü ayənin təfsiri nədir?
"Allah həmin su vasitəsi ilə sizin üçün əkinəcəklər, zeytun, xurma, üzüm və hər növ meyvə cücərdir. Həqiqətən, düşünən insanlar üçün bu işdə aşkar nişanələr var.”NöqtələrMüxtəlif meyvələr və otlar sırasından Allah zeytun, xurma və üzümü yada salır. Mütəxəssislərin nəzərincə, insan orqanizmi üçün zeytun, xurma və üzüm qədər faydalı meyvə çox azdır. Quranın "Nur” surəsinin 35-ci ayəsində zeytun "mübarək ağac” kimi xatırlanır və onun yağına işarə olunur.Bildirişlər1. Cücərtmək əkinçinin yox, Allahı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.