Ən-Nəhl surəsi · 51-ci ayə

Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah buyurdu: "İki məbud götürməyin. Yalnız Odur yeganə məbud. Belə isə, yalnız Məndən qorxun.”
Nöqtələr
"İki məbud götürməyin” əmrindən belə bir nəticə çıxmır ki, üç məbud götürmək olar. Azın qadağasında çoxun da qadağası var. Bu təbirdə başqa məqsəd də ola bilər: müşriklər belə düşünürdülər ki, bir məbud yaradır, digər məbud isə idarə edir. Onlar idarə edən məbuda ibadət edirdilər.
Bir neçə ayə öncə müşriklərin "Əgər Allah istəsəydi, biz müşrik olmazdıq” bəhanəsi yada salındı. Bu ayədə isə belə deyilir: "Allah sizə şirki qadağan etmişdir.” Bəs necə ola bilər ki, Allah kiminsə müşrik olmasını istəsin?!
Bildirişlər
1. Tərbiyə prosesində öncə xurafatlı düşüncə tərzini aradan qaldırmaq lazımdır. Yalnız bundan sonra haqq söz təsir edə bilər.
2. İki məbuda ibadət batildirsə, ikidən çox məbuda ibadət haqq ola bilməz.
3. Yaradan və idarə edən kimi iki məbuda etiqad (xeyir və şər, Hörmüz və Əhrimən) batildir.
4. Batilin inkarı və haqqın sübutu üçün təkid lazımdır.
5. Allahdan qeyrisindən qorxmaq şirkdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 51-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 51-ci ayəsi nə haqqındadır?
Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».
Ən-Nəhl surəsi 51-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 51-ci ayənin təfsiri nədir?
"Allah buyurdu: "İki məbud götürməyin. Yalnız Odur yeganə məbud. Belə isə, yalnız Məndən qorxun.”Nöqtələr"İki məbud götürməyin” əmrindən belə bir nəticə çıxmır ki, üç məbud götürmək olar. Azın qadağasında çoxun da qadağası var. Bu təbirdə başqa məqsəd də ola bilər: müşriklər belə düşünürdülər ki, bir məbud yaradır, digər məbud isə idarə edir. Onlar idarə edən məbuda ibadət edirdilər.Bir neçə ayə öncə müşriklərin "Əgər Allah istəsəydi, biz müşrik olmazdıq” bəhanəsi yada salındı. Bu ayədə isə belə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.