Ən-Nəhl surəsi · 47-ci ayə

Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Əzab onları təşviş içində olduqları halda yaxalamazmı? Əlbəttə, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.”
Nöqtələr
Allah-təala bu ayələrdə din əleyhinə qurğu Quranlar üçün 4 növ əzabdan danışır: yer əzabı, göy əzabı, qəfil əzab, ruhi əzab.
Bildirişlər
1. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra ilahi əzab nazil olur. (Ötən ayələrdə peyğəmbərlik mövzusu bəyan olunduqdan sonra bu ayədə müxaliflər hədələnir.)
2. Fitnədən əl çəkmək üçün ilahi əzab ehtimalı bəs edir.
3. Din əleyhinə çalışanlar bilsinlər ki, Allahın elm və qüdrəti qarşısında onların qurğuları puçdur.
4. Allahın qəhr-qəzəbinin vaxtını, yerini və növünü müəyyənləşdirib aradan çıxmaq mümkünsüzdür.
5. Heç bir fərd və amil ilahi qəzəbin qarşısını ala bilməz.
6. Əzab qəfildən və istənilən bir şəraitdə nazil olur. (İstər səfərdə, istər vətəndə, istər yuxuda, istər oyaq vaxt...)
7. Bəzən əzab olaraq qorxu və dəhşət müəyyənləşir və bu hal insanın məhvinə səbəb olur.
8. İnsanın tövbə etməsi üçün əzabı təxirə salıb möhlət vermək Allahın lütfüdür.
9. Allahın qəhr-qəzəbi və tənbehi də tərbiyə və mərhəmət xarakterlidir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 47-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 47-ci ayəsi nə haqqındadır?
Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.
Ən-Nəhl surəsi 47-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 47-ci ayənin təfsiri nədir?
"Əzab onları təşviş içində olduqları halda yaxalamazmı? Əlbəttə, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.”NöqtələrAllah-təala bu ayələrdə din əleyhinə qurğu Quranlar üçün 4 növ əzabdan danışır: yer əzabı, göy əzabı, qəfil əzab, ruhi əzab.Bildirişlər1. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra ilahi əzab nazil olur. (Ötən ayələrdə peyğəmbərlik mövzusu bəyan olunduqdan sonra bu ayədə müxaliflər hədələnir.)2. Fitnədən əl çəkmək üçün ilahi əzab ehtimalı bəs edir.3. Din əleyhi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.