Ən-Nəhl surəsi · 118-ci ayə

Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Yəhudilərə bundan öncə sənə nəql etdiklərimizi haram buyurduq. ("Nəhl” surəsindən öncə nazil olunmuş "Ənam” surəsində bəyan olunan haramlardan əlavə, yəhudilərə cəza olaraq başqa qadağalar da qoyulmuş) (bu qadağalarla) onlara zülm etmədik. Bu onların özlərinə rəva qıldıqları zülm idi.”
Nöqtələr
Bir neçə ayə öncə yalnız 4 şeyin haramlığı buyuruldu. Murdar (ölmüş heyvan), qan, donuz əti, Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan. Belə bir sual yaranır ki, əgər bu dörd şey haramdırsa, nə üçün "Ənam” surəsinin 146-cı ayəsində yəhudilərə dırnaqlı heyvanların, mal və qoyunun piyinin haram edilməsindən danışılır? Bu ayədə həmin suala cavab verilir: yəhudilərə bu sayaq əlavə qadağalar qoyulmasının səbəbi, onların iqtisadi təzyiqə məruz qoyulması və tənbehi olmuşdur.
İslamda iki növ qadağa var: Bütün xalqa aid olan daimi qadağa və bir dəstəyə aid olan müvəqqəti qadağa.
Bildirişlər
1. Bəzi qidaların haram buyurulması yolu, iqtisadi mühasirə ötən ümmətlərin düçar olduğu ilahi cəzalardandır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 118-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 118-ci ayəsi nə haqqındadır?
Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Ən-Nəhl surəsi 118-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 118-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 118-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 118-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 118-ci ayənin təfsiri nədir?
"Yəhudilərə bundan öncə sənə nəql etdiklərimizi haram buyurduq. ("Nəhl” surəsindən öncə nazil olunmuş "Ənam” surəsində bəyan olunan haramlardan əlavə, yəhudilərə cəza olaraq başqa qadağalar da qoyulmuş) (bu qadağalarla) onlara zülm etmədik. Bu onların özlərinə rəva qıldıqları zülm idi.”NöqtələrBir neçə ayə öncə yalnız 4 şeyin haramlığı buyuruldu. Murdar (ölmüş heyvan), qan, donuz əti, Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan. Belə bir sual yaranır ki, əgər bu dörd şey haramdırsa, nə üçün "Əna...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.