Ən-Nəhl surəsi · 124-cü ayə

Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 124
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Həqiqətən, şənbə tətili həmin məsələdə ixtilaf törədənlər üçün qərar verildi. Şübhəsiz, Rəbbin qiyamət günü onların daim ixtilafda olduqları məsələlərlə bağlı mühakimə aparacaq.”
Nöqtələr
Yəhudilər öz inadkarlıqları səbəbindən Allah tərəfindən dəfələrlə məzəmmət olunmuşlar. Hazırkı surənin 118-ci ayəsində həmin tənbehlərdən biri ilə tanış olduq. Bu ayədə şənbə gününün tətil buyurulması digər bir tənbehdir. Əlbəttə ki, onlardan bir dəstəsi təşəkkür, digər bir dəstəsi naşükürlük etdi. Onlar hiyləyə əl atıb dərdli əzaba düçar oldular.
Əvvəlki ayələrə əsasən bu ayəni belə mənalandırmaq olar: "Ey peyğəmbər, sən İbrahim ayinlərinə tabe ol. Onun üçün cümə günü tətil idi. Şənbə gününün yəhudilərə tətil müəyyənləşdirilməsinin səbəbi onların cəzalandırılması və tənbehidir. Əslində isə İbrahim dövründən tətil cümə günüdür.”
Bildirişlər
1. İlahi proqramlarda bəzən qəhr-qəzəb, bəzən mehr-məhəbbət nəzərdə tutulur.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 124-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 124-cü ayəsi nə haqqındadır?
Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı...
Ən-Nəhl surəsi 124-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 124-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 124-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 124-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 124-cü ayənin təfsiri nədir?
"Həqiqətən, şənbə tətili həmin məsələdə ixtilaf törədənlər üçün qərar verildi. Şübhəsiz, Rəbbin qiyamət günü onların daim ixtilafda olduqları məsələlərlə bağlı mühakimə aparacaq.”NöqtələrYəhudilər öz inadkarlıqları səbəbindən Allah tərəfindən dəfələrlə məzəmmət olunmuşlar. Hazırkı surənin 118-ci ayəsində həmin tənbehlərdən biri ilə tanış olduq. Bu ayədə şənbə gününün tətil buyurulması digər bir tənbehdir. Əlbəttə ki, onlardan bir dəstəsi təşəkkür, digər bir dəstəsi naşükürlük etdi. Onlar hiyləyə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.