Ən-Nəhl surəsi · 80-cu ayə

Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah evlərinizi sizin üçün aramlıq səbəbi qərar verdi. Dördayaqlıların dərilərindən köç günü və dayanış günü sizin üçün yüngül və lətif xeymələr (çadırlar) düzəltdi. Onların yunundan, kürkündən və tüklərindən müəyyən müddət üçün əşyalar və həyat vasitələri hazırladı.”
Nöqtələr
"Bəytutə” sözündən olan "bəyt” sözü adətən, insanın gecələr istirahət etdiyi yerə deyilir. "Zən” getmək mənasını bildirir. "Əsas” dedikdə müxtəlif ev əşyaları nəzərdə tutulur. "Təstəxiffunnəha” dedikdə isə asanlıqla daşınan xeymələr (çadırlar) başa düşülür.
Bildirişlər
1. Ev asayiş və aramlıq məhəllidir.
2. Yaşayış vasitələri və xeymələrin hazırlanmasında dördayaqlıların, onların dərilərinin, kürkünün, tükünün və yununun rolunu yaddan çıxarmayın.
3. Nemətlərdən istifadə müddəti məhduddur.
4. Nemətlərin insanın ehtiyaclarına, heyvanın dərisinin, yununun, tükünün tikililərə uyğun gəlməsi ilahi tədbirlərdəndir.
5. Yunun, dərinin, kürkün və tükün yüngüllüyü ilahi nemətlərdəndir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 80-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 80-cu ayəsi nə haqqındadır?
Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.
Ən-Nəhl surəsi 80-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 80-cu ayənin təfsiri nədir?
"Allah evlərinizi sizin üçün aramlıq səbəbi qərar verdi. Dördayaqlıların dərilərindən köç günü və dayanış günü sizin üçün yüngül və lətif xeymələr (çadırlar) düzəltdi. Onların yunundan, kürkündən və tüklərindən müəyyən müddət üçün əşyalar və həyat vasitələri hazırladı.”Nöqtələr"Bəytutə” sözündən olan "bəyt” sözü adətən, insanın gecələr istirahət etdiyi yerə deyilir. "Zən” getmək mənasını bildirir. "Əsas” dedikdə müxtəlif ev əşyaları nəzərdə tutulur. "Təstəxiffunnəha” dedikdə isə asanlıqla daşına...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.