And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
Quran-ı Kərim · 51. Sürə
Əz-Zariyat surəsi
Əz-Zariyat surəsi Ayələri
Toplam 60 ayə · Azərbaycan dilində
(And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,
(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
həqiqətən sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
ki, həqiqətən (siz Məkkə əhlinin Peyğəmbər və onun Qur’anı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Qur’an barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şerdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
Ondan (Peyğəmbərdən və onun Qur’anından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qur’andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
Ölüm olsun (Peyğəmbər, Qur’an və məad barəsində iftira söyləyən) yalançılara!
(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!
Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.
Onların odun içində əzab verilib yanacaqları gün!
(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir.»
Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
Onlar gecənin az bir hissəsini yatırdılar.
Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.
Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə).» (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.
Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»
Beləliklə onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir.»
İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
Beləliklə oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
Beləliklə o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir.»
Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanələr vardır.)
O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
Beləliklə nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.
Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.
Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
Və yeri sərdik. Biz gözəl sərənik.
Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
(Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.
Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.
(Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyir! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.
Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.
Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.
Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.
Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.
Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.
Odur ki, həqiqətən (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.
Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!
51. Sürə
Əz-Zariyat surəsi
Əz-Zariyat surəsi Ayələri
60 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Əz-Zariyat surəsi
Əz-Zariyat surəsi Quran-ı Kərimdə 51. surədir və 60 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə51 / 114
Tez-tez Verilən Suallar
Əz-Zariyat surəsi surəsi haqqında suallar və cavablar
Zariyat surəsi neçə ayədən ibarətdir?
Zariyat surəsi Quran-ı Kərimin 51-ci surəsidir və 60 ayədən ibarətdir.
Zariyat surəsi harada nazil olub?
Zariyat surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 51-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Zariyat surəsi nə haqqındadır?
Zariyat surəsi Quran-ı Kərimin 51-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60 ayədən ibarətdir.
Zariyat surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Zariyat surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Zariyat surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Zariyat surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Zariyat surəsi Quranın hansı hissəsindədir?
Zariyat surəsi Quran-ı Kərimin 51-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Zariyat surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.