Ən-Nəhl surəsi · 59-cu ayə

O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 59
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Ona verilən acı xəbərə görə xalqın arasından çıxıb gizlənər. (Qərara gələ bilməz ki, bu qızı xəcalət içində saxlasın, yoxsa onu torpağa basdırsın? Bilin ki, çox pis mühakimə aparırlar.”
Nöqtələr
Cahil ərəblərin qız övlada nifrətlərinin səbəbləri vardı:
a) Qızın heç bir iqtisadi və istehsal rolu yox idi və ailə üçün yük sayılırdı.
b) Qəbilənin taleyini təyin edən döyüşlərdə qız övladın nə vuruşmaq, nə də müdafiə olunmaq qüdrəti vardı.
v) Döyüşlərdə qızlar əsir düşür və düşmənin təcavüzünə məruz qalırdılar.
Cahiliyyət təfəkkürünün ziddinə olaraq İslam qadına böyük dəyər verdi: İslam Peyğəmbəri (s) buyurur: "Qızlar necə də yaxşı övladdırlar.” Allah-təala Peyğəmbərin (s) də nəslini qızı Fatimədən davamlandırdı.
İmam Sadiq (ə) qız övladı olduğu üçün narahatlıq keçirən bir şəxsə buyurdu: "Sən yaxşı bilirsən, yoxsa Allah?” Həmin şəxs dedi: "Allah.” İmam buyurdu: "Allah sənin üçün yaxşı nədirsə onu seçib və sənə qız əta edib.”
Bildirişlər
1. Qız övladı və qadını əskik saymaq cahil və xurafi bir düşüncədir.
2. Övladın dünyaya gəlişi müjdə olsa da, xurafat bu müjdəni zillət səbəbi sayır.
3. Çöhrənin qaralması ilə müşayiət olunan qəzəbin udulmasının nə dəyəri var?! (Özü də xurafat əqidəsinə görə qəzəb!)
4. Xurafat və batil əqidə ailənin xoşbəxtliyi üçün təhlükədir.
5. Bəzən ən böyük cinayətlər ən müqəddəs şüarlar altında gerçəkləşir. (Şəxsiyyəti qorumaq adı ilə övlad diri-diri gora gömülür.)
6. Səmavi dinlər qız və qadınla bağlı xurafat əqidəsini məhkum edir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 59-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 59-cu ayəsi nə haqqındadır?
O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
Ən-Nəhl surəsi 59-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 59-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 59-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 59-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 59-cu ayənin təfsiri nədir?
"Ona verilən acı xəbərə görə xalqın arasından çıxıb gizlənər. (Qərara gələ bilməz ki, bu qızı xəcalət içində saxlasın, yoxsa onu torpağa basdırsın? Bilin ki, çox pis mühakimə aparırlar.”NöqtələrCahil ərəblərin qız övlada nifrətlərinin səbəbləri vardı:a) Qızın heç bir iqtisadi və istehsal rolu yox idi və ailə üçün yük sayılırdı.b) Qəbilənin taleyini təyin edən döyüşlərdə qız övladın nə vuruşmaq, nə də müdafiə olunmaq qüdrəti vardı.v) Döyüşlərdə qızlar əsir düşür və düşmənin təcavüzünə məruz qalır...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.