Ən-Nəhl surəsi · 69-cu ayə

«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Sonra bütün meyvələrdən ye, Rəbbinin yolunu mütiliklə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng maye çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət var.”
Nöqtələr
Ötən ayələrdə və bu ayədə Allah canlılardan alınan həyati əhəmiyyətə malik iki mayeni yada saldı: süd və bal.
Ötən iki ayədə insanların meyvələrdən içki hazırladığı bildirildi. Heyvan isə meyvələrdən şəfaverici bal hazırlayır.
Allahın məqsədli və hikmətli nizamında qəflət və işsizlik mənfurdur. Ona görə də Quran harada yeməkdən danışırsa, bu bəyanın kənarında hansısa məsuliyyəti qeyd edir. O cümlədən: "yeyin və layiqli iş görün”, "yeyin və başqalarını da yedirdin”, "yeyin və Allaha şükür edin”, "yeyin və israf etməyin”.
Bu ayədə də Allah bal arasına yemək göstərişi verir. Amma bu göstəriş də hansısa məqsəd və məsuliyyətlə müşayiət olunur.
Allahın övliyaları alçaqlıqlardan çəkinib, ucalıqları seçən "nəhl” kimidir. Onlar ilahi maarifdən istifadə edir, Rəbbinin yolunu mütiliklə izləyirlər. Onların nəfəslərindən hikmət və mənəvi şirinlik xaric olur.
Bildirişlər
1. Heyvanlar ilahi göstərişlər əsasında hərəkət edirlər. Onların hərəkəti daxili meyillər formasında müşahidə olunur.
2. Bal müxtəlif meyvələrin cövhəridir.
3. Heyvanların təkcə məskən və qida seçimi yox, bütün işləri Allah tərəfindən müəyyənləşdirilmişdir.
4. Heyvanların Allah tərəfindən müəyyənləşdirilmiş hərəkəti müti hərəkətdir.
5. Kiçik arının orqanizmində bal hazırlayan müəssisənin mövcudluğu yaranış möcüzəsidir.
6. Təbii bal müxtəlif rənglərdə olur. (Balın ağ, sarı və qırmızı rəngdə olmasının səbəbi çiçəklərin rəngarəngliyi ola bilər.)
7. Otlarda və güllərdə müalicə xüsusiyyətləri var. Bal vasitəsi ilə bir çox dərdlərə şəfa tapılır. (Əlbəttə ki, bal müəyyən dərdlərin şəfasıdır. Çünki ayədə "şifaun” sözü qeyri-müəyyən formada işlənmişdir.)
8. Arı kimi kiçik bir varlığın yuva qurması, mum hazırlaması, bal hazırlaması, eyni zamanda zəhər hazırlaması Allahın qüdrət nişanələrindəndir.
9. Bütün dərslər və ibrətlər düşüncə əhli üçündür. Bir ömür baldan istifadə etdiyi halda bu barədə bir neçə dəqiqə düşünməyənlər var.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 69-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 69-cu ayəsi nə haqqındadır?
«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından in...
Ən-Nəhl surəsi 69-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 69-cu ayənin təfsiri nədir?
"Sonra bütün meyvələrdən ye, Rəbbinin yolunu mütiliklə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng maye çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət var.”NöqtələrÖtən ayələrdə və bu ayədə Allah canlılardan alınan həyati əhəmiyyətə malik iki mayeni yada saldı: süd və bal.Ötən iki ayədə insanların meyvələrdən içki hazırladığı bildirildi. Heyvan isə meyvələrdən şəfaverici bal hazırlayır.Allahın məqsədli və hikmətli nizamında qəflət və işsiz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.