Ən-Nəhl surəsi · 12-cü ayə

Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"O (Allah) gecə və gündüzü, günəş və ayı sizə xidmət və bəhrə vermək üçün qərarlaşdırdı. Ulduzlar Onun əmri ilə ram olmuşlar. Əlbəttə, bu işdə düşünən qrup üçün Onun qəti nişanələri var.”
Nöqtələr
Günəş və ayın tabe edilməsi dedikdə, insanların onlardan bəhrələnməsi nəzərdə tutulur. Əlbəttə ki, milçək yaratmaqda aciz olan insan günəş və ayı özünə tabe edə bilməz. Allah Öz lütfü ilə günəş və ayı bəşəriyyətin xidmətində qərar vermişdir.
Bildirişlər
1. İstər göy, istərsə də yer - bütün varlıq aləmi insan üçün yaradılmışdır.
2. Varlıq aləmi Allahın tabeçiliyində və nəzarəti altındadır.
3. Varlıq aləmindən Allahın əmri ilə bəhrələnmək olar.
4. Varlıq nizamı tövhid sinfidir.
5. Varlıq aləmindəki nizam yalnız düşüncə əhlinin inkişafı üçün səbəb olur. Darbaxış və adi insanlar bu nizamdan nəticə çıxara bilmirlər.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 12-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 12-cü ayəsi nə haqqındadır?
Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Ən-Nəhl surəsi 12-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 12-cü ayənin təfsiri nədir?
"O (Allah) gecə və gündüzü, günəş və ayı sizə xidmət və bəhrə vermək üçün qərarlaşdırdı. Ulduzlar Onun əmri ilə ram olmuşlar. Əlbəttə, bu işdə düşünən qrup üçün Onun qəti nişanələri var.”NöqtələrGünəş və ayın tabe edilməsi dedikdə, insanların onlardan bəhrələnməsi nəzərdə tutulur. Əlbəttə ki, milçək yaratmaqda aciz olan insan günəş və ayı özünə tabe edə bilməz. Allah Öz lütfü ilə günəş və ayı bəşəriyyətin xidmətində qərar vermişdir.Bildirişlər1. İstər göy, istərsə də yer - bütün varlıq aləmi ins...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.