Ən-Nəhl surəsi · 25-ci ayə

Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Onlar qiyamət günü həm öz günah yüklərini bütünlüklə, həm də bilmədən yoldan çıxardıqlarının günah yükünün bir hissəsini çiyinlərinə almalıdırlar. Bilin ki, necə də pis bir yük götürürlər.”
Nöqtələr
Bu ayədə dünya həyatında yalan təbliğatla xalqı doğru yoldan azdıran küfr başçılarına aiddir. Çünki onlar qiyamətdə həm öz küfrlərinin günahını, həm də yoldan çıxardıqlarının günahını çiyinlərinə alarlar. Rəvayətdə oxuyuruq: Əyri yol qoyan kəs bütün azanların cəzasına şərikdir. Yaxşı yol qoyan kəs isə bu yolu gedənlərin mükafatına öz payından bir şey azaldılmadan şərik olar.
Bildirişlər
1. Küfr və zillət rəhbərlərinin günahında heç bir güzəşt olmaz.
2. Başqalarını günaha dəvət edən insan onların cəzasına da şərikdir.
3. Küfr başçıları öz günah paylarını bütünlüklə, öz ardıcıllarının günah payının isə bir hissəsini öhdələrinə götürərlər.
4. Bir çox azğınlıqların səbəbi cəhalətdir. Düşmən xalqın cəhalətindən istifadə edib, xalqı doğru yoldan azdırır.
5. Günah yükdür, özü də çox pis bir yük.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 25-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 25-ci ayəsi nə haqqındadır?
Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
Ən-Nəhl surəsi 25-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 25-ci ayənin təfsiri nədir?
"Onlar qiyamət günü həm öz günah yüklərini bütünlüklə, həm də bilmədən yoldan çıxardıqlarının günah yükünün bir hissəsini çiyinlərinə almalıdırlar. Bilin ki, necə də pis bir yük götürürlər.”NöqtələrBu ayədə dünya həyatında yalan təbliğatla xalqı doğru yoldan azdıran küfr başçılarına aiddir. Çünki onlar qiyamətdə həm öz küfrlərinin günahını, həm də yoldan çıxardıqlarının günahını çiyinlərinə alarlar. Rəvayətdə oxuyuruq: Əyri yol qoyan kəs bütün azanların cəzasına şərikdir. Yaxşı yol qoyan kəs isə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.