Ən-Nəhl surəsi · 112-cü ayə

Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah əmin-amanlıqda olan bir şəhəri misal çəkər. Onun ruzisi hər tərəfdən firavandır. Amma Allahın nemətinə nankorluq göstərdilər. Allah əməllərinə görə onlara aclıq və qorxu libasını daddırdı.”
Nöqtələr
Aclıq və qorxuya münasibətdə "libas” təbirinin işlənməsində məqsəd bu iki bəlanın insan vücudunu libas tək bürüməsi ola bilər. "Daddırmaq” dedikdə aclıq və qorxunun onların canının dərinliyinə işləməsinə işarə olunur.
Bildirişlər
1. Bəşər tarixinin qanunauyğunluqları var və bu tarixə ilahi sünnə hakimdir.
2. Tarix və keçmiş qövmlərlə bağlı Quran misallarından ibrət götürək.
3. Əmin-amanlıq və asayiş nemətlər arasında öndə gəlir və cəmiyyətin maddi rifahı üçün zəmindir.
4. Məmləkətin müəyyən ehtiyacları idxal yolu ilə təmin edilə bilər.
5. Axirət əzablarına münasibətdə dünya əzabları içmək yox, bir növ dadmaqdır.
6. Nankorluğun elə bu dünyada cəzası var.
7. Nankorluq nemətlərin puça çıxması səbəbidir.
8. İqtisadi gerilik və ictimai nizamsızlıq bu cəmiyyətin dini əsaslara etinasızlığını göstərir.
9. Nankorluğun yoxsulluq və aclıq kimi fiziki, qorxu və nizamsızlıq kimi ruhi əzabları var.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 112-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 112-cü ayəsi nə haqqındadır?
Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara...
Ən-Nəhl surəsi 112-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 112-cü ayənin təfsiri nədir?
"Allah əmin-amanlıqda olan bir şəhəri misal çəkər. Onun ruzisi hər tərəfdən firavandır. Amma Allahın nemətinə nankorluq göstərdilər. Allah əməllərinə görə onlara aclıq və qorxu libasını daddırdı.”NöqtələrAclıq və qorxuya münasibətdə "libas” təbirinin işlənməsində məqsəd bu iki bəlanın insan vücudunu libas tək bürüməsi ola bilər. "Daddırmaq” dedikdə aclıq və qorxunun onların canının dərinliyinə işləməsinə işarə olunur.Bildirişlər1. Bəşər tarixinin qanunauyğunluqları var və bu tarixə ilahi sünnə h...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.