Ən-Nəhl surəsi · 83-cü ayə

Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 83
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"(Onlar) Allahın nemətini tanıyır, sonra Onu inkar edirlər. onların çoxu kafirdirlər.”
Nöqtələr
Quranda bilərəkdən inkar və haqqa qarşı inadkarlıq mövzusuna dəfələrlə toxunulur. "Nəml” surəsinin 14-cü ayəsində buyurulur: "Dərindən əmin olduqlarını inkar edirlər.” Başqa bir ayədə oxuyuruq: "Peyğəmbəri öz övladları kimi tanıyırdılar, amma onu inkar edirdilər.” Başqa bir ayədə buyurulur: "Haqqı bilirlər, amma bilərəkdən gizlədirlər.” Ayələrdən birində isə belə buyurulur: "Məsələni dərk edir, amma onun üstünə pərdə çəkirlər.”
İmam Sadiq (ə) buyurur: "Əli ibn Əbu-Talib (ə) Peyğəmbər məscidində rüku halında üzüyünü fəqirə verərkən "Maidə” surəsinin 55-ci ayəsi nazil oldu: "Sizin rəhbəriniz Allah, Onun rəsulu və rüku halında infaq edən kəsdir.” Bəziləri öz vəlisini tanıyıb inkar etdi. Həmin vaxt bu ayə nazil oldu.”
İmam Sadiq (ə) buyurur: "And olsun Allaha, Allahın Öz bəndələrinə əta etdiyi nemət bizik. İnsanlar yalnız bizim vasitəmizlə qurtular.”
Bildirişlər
1. Həqiqəti bilmək bəs etmir, onu qəbul edib əməli addım atmaq lazımdır.
2. Küfrün cəhalətdən başqa da kökləri var. Milli təəssüb, ruhi inadkarlıq, maddi mənafenin qorunması.
3. Haqqı tanıdıqdan sonra ruhda bir müddət çarpışma gedir. Bəzən pislik qalib gəlir və küfr baş qaldırır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 83-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 83-cü ayəsi nə haqqındadır?
Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar.
Ən-Nəhl surəsi 83-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 83-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 83-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 83-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 83-cü ayənin təfsiri nədir?
"(Onlar) Allahın nemətini tanıyır, sonra Onu inkar edirlər. onların çoxu kafirdirlər.”NöqtələrQuranda bilərəkdən inkar və haqqa qarşı inadkarlıq mövzusuna dəfələrlə toxunulur. "Nəml” surəsinin 14-cü ayəsində buyurulur: "Dərindən əmin olduqlarını inkar edirlər.” Başqa bir ayədə oxuyuruq: "Peyğəmbəri öz övladları kimi tanıyırdılar, amma onu inkar edirdilər.” Başqa bir ayədə buyurulur: "Haqqı bilirlər, amma bilərəkdən gizlədirlər.” Ayələrdən birində isə belə buyurulur: "Məsələni dərk edir, amma onu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.